Uşaq Bərpa Müalicə Mərkəzinə daxil olan uşaqların sayı artıb
04 DEKABR 2017
237

Uşaq Bərpa Müalicə Mərkəzinə daxil olan uşaqların sayı artıb

Bu ilin dekabr ayına kimi Uşaq Bərpa Müalicə Mərkəzində (UBMM) ilkin gəlişlərin sayı 1798 nəfər təşkil edib.

Tibb.fins.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə UBMM-nin direktoru Cəmilə Talıbova bildirib.

Onun sözlərinə görə, Mərkəzə gələn hər pasiyent üçün onun yaşı, xəstəliyin ağırlıq dərəcəsi, yanaşı xəstəliklər nəzərə alınmaqla, il ərzində 3 - 6 mərhələdə fərdi reabilitasiya kursu tərtib edilir.

UBMM-ə daxil olan 1 yaşına qədər uşaqların sayı əvvəlki illə müqayisədə 40 faiz artıb: "Bu o deməkdir poliklinikalarda xəstəlik vaxtında aşkarlanaraq bizə göndərilir. Hətta 20 günlük uşaqlar da bizim Mərkəzdə müalicə olunurlar".

C. Talıbova qeyd edib ki, UBMM-də prosedur gəlişlərin sayı 36280 nəfər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır