1 kq-dan az çəki ilə doğulmuş 332 körpədən 111-ni xilas etmək mümkün olub
04 YANVAR
216

1 kq-dan az çəki ilə doğulmuş 332 körpədən 111-ni xilas etmək mümkün olub

1 kq-dan az çəki ilə doğulmuş 332 körpədən 111-ni xilas etmək mümkün olub.

Bunu Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.

G.Poladov əhaliyə göstərilən tibbi xidmətin keyliyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul olunmuş dövlət proqlamlarının xüsusi rolunu qeyd edib: “2017-ci ildə “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” çərçivəsində uşaqların 90 faizindən çoxu dispanserizasiya müayinələrinə cəlb olunub. Onların 5,1 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 1 faizi isə hospitalizasiya edilib. Həmin dövlət proqramının icra müddəti bu il başa çatdığı üçün Səhiyyə Nazir­liyi tərəfindən 2018-2022-ci illəri əhatə edən yeni dövlət proqramı layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib”.

O bildirib ki, “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”na uyğun həyata keçirilən tədbirlər sayəsində ana və uşaq sağlamlığını xarakterizə edən göstəricilər müsbət istiqamətdə dəyişib: “Ölkəmizdə 3 ildir tətbiq edilən beynəlxalq diridoğulma meyarlarına uyğun surətdə, bu günə qədər 1000 qramdan az çəki ilə doğulmuş 332 körpədən 111-ni xilas etmək mümkün olub”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır