Qeysəriyyə əməliyyatı uşaqlarda BU XƏSTƏLİKLƏRƏ səbəb olur
06 APREL
399

Qeysəriyyə əməliyyatı uşaqlarda BU XƏSTƏLİKLƏRƏ səbəb olur

Avstraliya, Hollandiya, İrlandiya və Böyük Britaniya alimləri yarım milyona yaxın qadın və onların uşaqlarının sağlamlıq haqqında məlumatlarını təhlil edib.

Alimlər qeysəriyyə əməliyyatının uşağın sağlamlığına olan təsirini araşdırırdı.

Tibb.fins.az The Daily Mail-ə istinadla xəbər verir ki, qadınların hamısı sağlam və cavan (20-35 yaş arası) olub.

Araşdırmanın nəticəsində məlum olub ki, qeysəriyyə əməliyyatı ilə doğulan uşaqlarda təbii yolu ilə doğulan uşaqlarla müqayisədə sağlamlıq problemləri daha tez-tez əmələ gəlir. Bu problemlər arasında: maddələr mübadiləsi pozulmaları, dəri xəstəlikləri (xüsusilə ekzema), nəfəs yolları infeksiyaları və s.

Qeysəriyyə əməliyyatı nəticəsində dünyaya gələn uşaqlarda piylənmə və şəkərli diabet xəstəliyinin riski təbii yolu ilə doğulan uşaqlarla müqayisədə 2,5 dəfə çoxdur.   

Bundan əlavə alimlər doğuşun stimulyasiyasının uşaqların sağlamlığına olan müəyyən mənfi təsirini aşkar ediblər.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır