Uşağın zəkalı olmasını istəyirsinizsə, hamiləlik zamanı bunları yeməyin
25 APREL
263

Uşağın zəkalı olmasını istəyirsinizsə, hamiləlik zamanı bunları yeməyin

Harvard Universiteti alimlərinin yeni araşdırması göstərib ki, hamiləlik zamanı bəzi qida və içkilərin çoxlu miqdarda istehlakı gələcək uşağın koqnitiv funksiyalarına (yaddaş, diqqət, təfəkkür və s.) ciddi təsir edir.

Belə ki, hamilə qadının rasionunda şəkərlə zəngin olan şirin qazlı içkilərin və emal olunmuş qidaların (hazır qidalar, şirniyyatlar - peçenye, tort, dondurma, müxtəlif souslar və s.) çoxlu miqdarda olması uşağın koqnitiv funksiyalarına çox mənfi təsir edir. 

Tibb.fins.az Saglamolun.az-a istinadla xəbər verir ki, araşdırmada 1000 qadın iştirak edib.

Alimlər qadınların hamiləlik zamanı rasionunu təhlil etdikdən sonra aşkar ediblər ki, hər gün orta hesabla 50 qr şəkər qəbul edən qadınların uşaqlarında yaddaş, diqqət və s. koqnitiv funksiyalar sağlam qidalanan qadınların uşaqları ilə müqayisədə daha aşağı səviyyədə olub.

Nəzərinizə çatdıraq ki, şəkərin günlük norması böyüklər qçqn 15 qr təşkil edir və bu şəkəri əsasən təzə və quru meyvələrdən almaq tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır