Azərbaycanda 3 yaşlı uşaq maqnit uddu - Mədəsi deşilmək təhlükəsi ilə üz-üzə…/FOTO
20 İYUN
297

Azərbaycanda 3 yaşlı uşaq maqnit uddu - Mədəsi deşilmək təhlükəsi ilə üz-üzə…/FOTO

3 yaşlı uşağın mədə divarından 4 maqnit çıxarılıb. Medicina.az xəbər verir ki, bu barədə uşaq cərrahı Fuad Hüseynov məlumat verib. Onun sözlərinə görə, azyaşlı valideynlərinə maqnit udduğunu bildirdikdən sonra təcili xəstəxanaya çatdırılıb: "Bir neçə klinikada qapalı endoskopik üsulla çıxarılmağa çalışılsa da çıxara bilməyiblər. Bizə müraciət etdiklərində hadisənin üzərindən təqribən 24 saat keçmişdi. Maqnitlərin mədənin selikli qişasına yapışıb mədəni deşmə təhlükəsi olduğu üçün, təcili cərrahi əməliyyata alındı. Mədənin divarına yapışıq olan 4 maqnit nəhayət ki, çıxarıldı”.
Həkim oxşar hadisə ilə aylar öncə qarşılaşdığını bildirib. "Eyni tipli hadisə 2 yaşlı uşağın başına gəlmişdi. 5 maqniti udmuşdu. Xoşbəxtlikdən maqnitlər həmin uşaqdan qapalı üsulla çıxarılmışdı”, - deyə F. Hüseynov qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır