Uşaqsalma - süni abort
27 İYUN
435

Uşaqsalma - süni abort

Dölün uşaqlıq boşluğunda tam formalaşmamış halda xaric edilməsi abortdur. Abort süni yaxud təbii, öz-özünə olur. Süni abort hamiləliyin 12-ci həftəsinə qədər aparıla bilər. 12-28 həftələr arası pozulan hamiləlik gecikmiş abort yaxud süni dölsalma adlanır.
Cərrahi yolla edilən abort hamiləliyin 7-ci həftəsindən 12-ci həftəsinə kimi aparılır. Bu zaman uşaqlıq boynu xüsusi cihazlarla aralanır və uşaq iti (küret) cift ilə birgə uşaqlıq boşluğundan çıxarılır.
Vakuum abortu, digər adı mini abort daha asan hesab edilir. Hamiləliyin 5-ci-6-cı həftəsinə qədər xüsusi aparatla döl yumurtası uşaqlıq boşluğundan sorulub çıxarılır. Vakuum abortundan 2-3 saat sonra qadın evə gedə bilər. Mini abort zamanı infeksiyaya yoluxma, iltihabi xəstəliklər riski daha azdır. Ancaq cərrahi aborta nisbətən mini abortdan sonra döl yumurtası qalıqlarının uşaqlıqda qalma ehtimalı daha çoxdur. Nəticədə cərrahi abort əməliyyatı aparılır.
Medikamentoz abort hamiləliyin 7 həftəsinə qədər dərman vasitəsilə aparılır. Bu zaman müəyyən əks-göstərişlər də var. Bu səbəbdən kontraseptivlərin istifadəsi daha məsləhətlidir. 
Abortun təhlükələri
Hamiləliyin süni yolla pozulması qadın orqanizmi üçün izsiz keçmir. Abort edən hər üçüncü və ilk hamiləliyi pozan hər ikinci qadında ağırlaşmalar baş verir. Həmçinin abort ginekoloji xəstəliklərin əsas səbəblərindən biri hesab olunur. 
Abortun ən ciddi ağırlaşmaları:
uşaqlıq qanaxmaları
cinsiyyət sisteminin iltihabi xəstəlikləri
hormonal pozğunluqlar 
uşaqlığın boyunun zədələmələri
sonsuzluq

Statistikaya əsasən abortdan sonrakı dövrlərdə hamiləlik və doğuş zamanı mənfi fəsadlar 3 dəfədən çox olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır