Təcili keysəriyyə əməliyyatına göstəriş - Dr.Aynura Abdullayeva
16 İYUL
361

Təcili keysəriyyə əməliyyatına göstəriş - Dr.Aynura Abdullayeva

Əlaqə mömrəsi: +994554731155

Sosial: Dr.ginekoloq.aynura

Hal hazırda bəzi hamilə qadınlar buna heç bir ciddi səbəb olmadan təbii doğuşdan imtina edərək, keysəriyyə kəsiyi əməliyyatını seçirlər.
Bu çox səhv yanaşmadır.
Bütün digər cərrahiyyə əməliyyatlarında olduğu kimi, keysəriyyə kəsiyi əməliyyatı da yalnız buna ciddi göstərişlər olduğu halda tətbiq edilə bilər (yəni vaginal doğuş mümkün deyil və ya ana və uşaq üçün təhlükəlidir).
Keysəriyyə kəsiyi əməliyyatı üçün mütləq və nisbi göstərişlər var.
Mütləq göstərişlər arasında:
- Kliniki dar çanaq (qadının çanağın dar olması). Bu halda doğuş zamanı uşağın başı ananın çanağından keçə bilmir. - Əgər qadının doğuş yollarında təbii doğuşa mane olan hər hansı maneələr (uşaqlıq boynuna yaxın yerləşən mioma, şiş və s.) varsa.
- Uşağa doğuş yollarından keçmək üçün mane olan ananın çanaq sümüklərinin deformasiyaları.
- Uşaqlığın yırtılması riski də keysəriyyə kəsiyi əməliyyatı üçün mütləq göstəriş sayılır.
- Ciftin uşaqlıq boynuna yaxın yerdə yerləşməsi və ciftin vaxtından tez qopması da keysəriyyə kəsiyi əməliyyatı üçün göstəriş sayılır.
Normada cift uşaqlığın ön və ya arxa divarında yerləşməlidir. 
Bundan əlavə ciftin qopması ananın həyatı üçün də təhlükə yaradır ki, bu zaman güclü qanaxma inkişaf edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır