Bartolinit və onun müalicə metodları
18 SENTYABR
2542

Bartolinit və onun müalicə metodları

Müəllif: Uroginekoloq Doktor Aygün Səlimova

Əlaqə nömrəsi: +994705188881

Sosial: Dr.Aygun_Selimova

Bartolinit qadınlarda tez-tez rast gəlinən xəstəliklərdəndir. Bartolinit uşaqlıq yolu dəhlizində yerləşən bartolin vəzinin iltihabi xəstəliyidir.
Xəstəliyin əmələ gəlmə səbəbləri.
Bartolinit xəstəliyi müxtəlif infeksiyalar səbəbindən baş verir. Bu infeksiyalara stafilokokklar, streptokokklar,qonokokklar, bağırsaq çöpləri, trixamoniazı misal göstərmək olar. Xəstəlik zamanı uşaqlıq yolunda qatı irin toplanır. Bartolinit uşaqlıq yolu dəhlizinin xaricə axan axacağının iltihab nəticəsində tutulması və vəzdə absesin inkişaf etməsinə səbəb olur. Bartolinit bəzən vəzin fiziki funksiyası yerinə yetirmədiyi zamanlarda da meydana çıxa bilir. Bu isə bartolin vəzisi hər tərəfdən seliklə tutulduqda baş verir. Bu zaman vəzi öz funksiyasını normal yerinə yetirə bilmir və iltihablaşır. 
Xəstəlik zamanı infeksiya əlamətləri ciddiləşərsə o zaman cərrahi əməliyyat aparmaq lazım gəlir.Tibbdə bu əməliyyat marsupializasiya adlanır. Xəstəlik bəzən residiv verərək tərkarlana bilir.
Bartolinitin müalicəsi zamanı onun ölçüsünə, xəstəliyin inkişaf etmə dərəcəsinə və xəstənin yaşına uyğun olaraq aparılır. 40 yaşdan yuxarı qadınlarda xəstəlik meydana gəldiyi zaman biopsiya götürüb, xərçəng hüceyrələrinin olma riskini araşdırmaq lazımdır. Qeyd etmək lazımdır ki, nadir hallarda bartolin vəzinin xərçəng xəstəliyinə də rast gəlmək mümkündür. Bunun araşdırlıması üçün isə mütləq biopsiya aparmaq lazımdır.
Xəstəliyin əlamətləri zəif olduqda isə iltihabı əmələ gətirən infeksiyanın növü təyin edilir və ona uyğun dərman prepatarları təyin edilir.
İsti vanna ilə müalicə
Bartolinit cinsi yolla yoluxan xəstəliklərdən deyil. O nadir hallarda meydana çıxan xəstəliklərdən sayılır. Onun əmələ gəlmə mexanizmi dəqiq öyrənilməyib, amma, infeksiyalar səbəbli əmələ gəlməsi öz təsdiqini tapıb.
Bartolinit xəstəliyini ev şəraitində də müalicə etmək mümükündür. Bunun üçün xüsusi vannalar tətbiq edilir. Müalicəvi vannalarda oturmaq xəstəliyin əlamətlərinin azalıb sağalmasına səbəb olur. Vanna qəbul edın zaman su cinsiyyət orqanlarından bir-neçə santimetrə qədər məsafəni tutmalı və su mütləq qaynar olmalıdır. Gün ərzində 10-15 dəqiqə olmaqla bir-neçə dəfə vanna eləmək lazımdır. Bu vasitə bartolinitin müalicə olunması zamanı tətbiq edilən ən yaxşı vasitələrdəndir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır