Doğuşun uğurla başa çatması üçün...
29 SENTYABR 2018
411

Doğuşun uğurla başa çatması üçün...

Qadın qarşıdan gələn doğuşa sakit münasibət bəsləyirsə və uşaq arzuolunandırsa, onda doğuş zamanı güclü ağrı da hiss etmir. Və, əksinə, doğuşdan əvvəl qorxu hissinin keçirilməsi güclü ağrı hissinə də səbəb olur. Məhz buna görədir ki, müxtəlif qadınlar eyni dərəcəli ağrıları müxtəlif cür hiss edirlər – bəziləri “dözülməz”, bəziləri isə “dözülən” ağrılardan bəhs edir.
Qorxu və gərginlik keçirən orqanizmdə adrenalinə bənzər hormonlar hasil olunur ki, bunlar da nəbzin tezləşməsinə və əzələlərin gərginləşməsinə səbəb olur. Bundan başqa, ağrı həddi də enir. Qadın ağrıdan nə qədər çox qorxsa, doğuş tutmaları zamanı nə qədər gərgin olsa, ağrı da bir o qədər güclü olar. Əzələ gərginliyi yoxdursa, emosional reaksiyalar sönür. Beləliklə, doğuş zamanı bədən tam boşalmışdırsa, bu, uşaqlığın aşağı seqmentlərinin dairəvi liflərinin, boynun artıq tonusunu aradan qaldırır. Ağrıları da yaradan elə məhz budur. Tam relaksasiya (boşalma) və sakit vəziyyətdə doğuş zamanı uşaqlığın aktivliyi sadəcə əzələlərin yığılması kimi hiss edilir. Gərginlik, o cümlədən uşaqlıq boynunun gərginliyi maneə yaradır ki, bunun da aradan qaldırılması üçün tutmalar dəfələrlə güclü olmalıdır. Bu isə doğan qadında diskomfortu artırır. Uşaqlıq boynunun gərginliyi çox güclü olduqda, tutmalar da güclənir və daha çox ağrı verir. Hər bir qadın tam əzələ relaksasiyası praktikasına yiyələnməlidir, çünki doğuşun asanlıq dərəcəsi məhz bundan asılıdır.
Qeyd etmək lazımdır ki, doğan qadın bu prosesin aktiv iştirakçısıdır və doğuşun uğurla başa çatması bir çox mənada ondan asılıdır.

Müəllif:Dr. AynurəAbdullayeva

m.me/dr.aynuraabdullayeva

https://www.facebook.com/dr.aynuraabdullayeva

Əlaqənömrəsi: ƏLAQƏ: 055 473 11 55

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır