Uşaqların həkimdən qorxma səbəbləri bəlli oldu
19 OKTYABR
319

Uşaqların həkimdən qorxma səbəbləri bəlli oldu

alideynlər uşaqlarını həkimə aparan zaman həm uşaqlar, həm də valideynlərin özü böyük stress yaşayırlar.

Çünki uşaqların əksəriyyəti həkimə getməyi heç də yaxşı qarşılamır.

Tibb.Fins.az xəbr verir ki, Miçiqan Universitetinin alimləri uşaqların həkimlərdən qorxma səbəbini araşdırıblar. Onlar bunun üçün 700 valideyn arasında sorğu keçiriblər.

Sara Klark araşdırıb ki, 2-3 yaşlı uşaqların 66 faizi iynədən qorxur, 43 faizi isə tanımadıqları insanlardan qorxaraq ağlayır. 4-5 yaşlı uşaqlar da iynədən qorxur. Bu yaşda olan uşaqların 89 faizi iynədən, 14 faizi isə tanımadıqları insanlardan qorxur.

Qorxmağın başqa bir səbəbi isə daha öncə həkimə gedən zaman uşaqlarda qalan fobiyadır. Uşaq o günü unutmur və həmin hadisənin təkrarlanmasından qorxduğu üçün ağlayır.

Ekspertlər bildirir ki, valideynlər uşaqlara diqqət etməyəndə, həkimlərin tövsiyəsinə əməl olunmayanda belə hallar baş verir.

Mütəxəssislər bildirirlər ki, uşaqların həkimdən qorxma səbəbi bəzən elə valideynlərin özləridir. Onlar uşaqları həkim və iynə ilə qorxutduqları üçün onlara psixoloji travma vururlar.

Sputnik

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır