Uşağa ət neçə aydan verilməlidir?
24 OKTYABR
320

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər.

Tibb. Fins.az  xəbər verir ki, bütün dünyada pediatrlar uşaqlara 6 ayına kimi yalnız ana südü və ya ana südü olmadığı halda "smes" verməyi tövsiyə edirlər.

Uşağın 6 ayı tamam olandan sonra ona əlavə qidaları verməyə başlamaq olar. Lakin bu halda da uşağın əlavə qidalara hazır olub-olmadığını təyin etmək lazımdır. Bunu pediatr uşağı müayinə etdikdən sonra təyin edir.

Adətən ilk əlavə qida kimi uşağa sıyıqlar verilir.

 saglamolun.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır