Keysəriyyə kəsiyi hansı hallarda tövsiyyə olunur? - Dr. Aygün Səlimova
05 FEVRAL
107

Keysəriyyə kəsiyi hansı hallarda tövsiyyə olunur? - Dr. Aygün Səlimova

Müəllif: Uroginekoloq Doktor Aygün Səlimova

Əlaqə nömrəsi: +994705188881

Sosial: Dr.Aygun_Selimova / Uroginekoloq Aygün Səlimova

Keysəriyyə kəsiyi hansı hallarda tövsiyyə olunur?
- Ciftin düzgün yerləşməməsi. 
- Normal yerləşmiş ciftin vaxtından əvvəl laylanması.
- Keysəriyyə kəsiyindən, yaxud uşaqlıq üzərində aparılan digər əməliyyatlardan sonra uşaqlıqdakı çapığın bitişməməsi.
- Keysəriyyə kəsiyindən sonra uşaqlığın üzərində iki və daha artıq kəsiyin olması.
- II – IV dərəcəli daralmaya malik, anatomik cəhətdən dar çanaq.
- Çanaq sümüklərində şişlər və deformasiyalar.
- Digər patologiya ilə birlikdə, dölün iriliyi.
- Aşkar simfizit. Simfizit, yaxud simfiziopatiya (qasıq sümüklərinin haçalanmasıdır).
- Uşaqlığın böyük ölçüdə çoxsaylı mioması.
- Hestozun ağır formaları və müalicənin təsirinin olmaması.
- Dölün çarpaz yerləşməsi.
- Dölün kütləsi 3600 qramdan artıq və 1500 qramdan az olduqda, eləcə də çanağın daralmasında dölün çanağa nisbətən düzgün yerləşməməsi.
- Medikamentoz terapiya ilə müalicəsi mümkün olmayan dölün hipotrofiyası, dölün xroniki hipoksiyası zamanı.
Əkiz uşaqlara hamilə olarkən hansı hallarda keysəriyyə kəsiyi aparmaq lazım olduğu barədə isə ayrıca danışmaq lazımdır. Əksər hallarda bu:
- Hamiləliyin gedişində və ya doğuş zamanı çoxsaylı ağırlaşma halları;
- Körpənin çarpaz yerləşməsi və ya düzgün yerləşməməsi;
- Ananın anamnezində keyseriyyə kəsiyinin olması;
- Körpələrin çəkisinin az olması;
- Sonsuzluqdan sonra hamiləlik hallarında olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır