Hamiləlik zəhərlənməsi nədir? - Əlamətlərini bilməsəniz, həyatınızı itirə bilərsiniz
07 FEVRAL
421

Hamiləlik zəhərlənməsi nədir? - Əlamətlərini bilməsəniz, həyatınızı itirə bilərsiniz

Hamiləlik müddətində daima həkim nəzarətində olmaqdan əlavə, həm də qadının özünün öz orqanizmini diqqətdə saxlaması önəmli məsələlərdəndir. Bəzən bu həssas dönəmdə orqanizmdə müşahidə olunan ən xırda narahatlıq ciddi problemdən xəbər verə bilər. Hamiləlik zəhərlənməsi kimi.
Tibb.fins.az xəbər verir ki, Türkiyənin Kadıköy Şəfa Sağlamlıq Qrupu Ataşəhər xəstəxanasının ginekoloqu Yasəmən Yaqut hamiləlik zəhərlənməsinin faciəyə səbəb ola biləcəyini açıqlayıb. 
Hamiləlikdən zəhərlənmənin ilkin əlamətləri isə 20-ci həftədən sonra təzyiqin daima 140/90 olması, sidik analizində proteinin çıxmasıdır.
Ginekoloq bu problemin ana və uşaq ölümü ilə nəticələnə biləcəyini bildirib. Onun sözlərinə görə, buna əsas səbəb uşaqlıq yatağını əhatə edən incə qıvraq arterlərin həddindən çox daralmasıdır ki, bu zaman da dölün qidalanması mümkünsüz hala gəlir:
"Hamiləliyin 20-ci həftəsindən sonra qadının təzyiqi yüksəlir, sidikdə zülal itkisi müşayiət edilərsə, buna "preeklampsi” deyilir. Bu zaman epilepsiya tutmaları da baş verə bilər ki, buna "eklampsi” deyilir”.
Bəs həkimlərin bəhs etdiyi "preeklampsi” kimlərdə müşahidə edilir?
İlk hamiləlik
Əkiz hamiləlik
Köklükdən əziyyət çəkən hamilələr
Əvvəlki hamiləliyində hipertəzyiqi olan analar
Hamiləlikdə hamiləlik şəkəri, gizli şəkəri olanlar
Xroniki böyrək xəstəsi olan analar
Otoimmun xəstəliyi (Lupus kimi) olanlar
Dörd və daha çox uşaq doğmuş analar.
Bəs bu xəstəliyin əlamətləri nədir?
Yüksək təzyiq
Hamilədə beyin qanaması
Ürək çatışmazlığı
Böyrək çatışmazlığı.
Hamiləlik zəhərlənməsi zamanı uşaqda inkişaf geriləyir və erkən doğum təhlükəsi yaranır.
©Medicina
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır