Uşaqları qida allergenlərindən qorumaq lazım deyil – Amerikalı pediatrlardan valideynlərə
16 MAY
497

Uşaqları qida allergenlərindən qorumaq lazım deyil – Amerikalı pediatrlardan valideynlərə

Bir çox körpələrin inək südü, süd məhsulu, balıq, qoz, yumurta və s. kimi ciddi allergenli qidalara allergiyasının olması səbəbindən valideynlər dərhal bu ərzaqları menyudan çıxarır, usagı uzaq tutur. Bu məsləhəti hətta həkimlər də verir. Amma amerikalı pediatrlar valideynləri əksinə, uşaqları bu qidalardan qorumamağa çağırış edib.
Çünki körpənin immune sistemi nə qədər tez bu məhsullarla tanış olub, öyrəşsə, gələcəkdə allergiya riski bir o qədər az olur.
Tibb.fins.az xəbər verir ki, Amerika Padiatriya Akademiyasının yeni araşdırmasından qaynaqlanan bu məsləhət əvvəlki, 2008-ci ildəki məsləhətləri alt-üst edib. Belə ki, həmin ildəki məruzədə hamilə qadınlara və südverən analara bu kimi ərzaqları yeməmək tövsiyyə olunurdu k, uşaqda atopik dermatit, astma, qida allergiyası yaranmasın. Daha sonra körpənin də qidasına 3 yaşına kimi bu ərzaqları daxil etmirdilər. Hesab olunurdu ki, südəmər körpənin immun sistemi hələ yetişməyib, ona görə adi yumurtadan ciddi allergik reaksiya ola bilər.
Lakin uzun illər davam edən araşdırmaların nəticəsində alimlər fikrini dəyişib. İndi amerikalı pediatrlar hesab edir ki, körpə immun sistemi nə qədər tez bu qidalara öyrəşsə, tanısa, bir o qədər yaxşıdır. Xüsusən araxisə qarşı allergiya Amerikada geniş yayılıb. Alimlər deyir ki, gələcəkdə araxis və araxis yağına ciddi allergiya olmasın deyə, uşaq 4-5 ayından araxisi dada bilər. Körpəni çox az, dadına baxırmış kimi miqdarda inək südü, buğda, balıq, yumurta, bal kimi qidalarla tanış etmək lazımdır. 
Hamilə və südverən qadınlar da uşaqda allergiyanın qarşısını almaq üçün qidalarında hər hansı məhdudiyyətlər qoymamalıdır. Əksinə bacardıqca müxtəlif çeşidli qidalanmaq lazımdır ki, daha çox qida maddəsi uşaq orqanizminə keçərək, immun sistemin işini təkmilləşdirsin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır