Uşağa bu meyvəni 1 ədəddən çox vermək olmaz - Moskvanın baş pediatrı
28 AVQUST
381

Uşağa bu meyvəni 1 ədəddən çox vermək olmaz - Moskvanın baş pediatrı

Moskva kliniki uşaq xəstəxanasının baş həkimi İsmayıl Osmanov uşaqlara gündə 1-dən artıq alma verməyi məsləhət görmür. 

Tibb.fins.az bildirir ki, o, bunu almanın uşaq həzm sistemini pozması, alma tumlarında olan sinil turşusunun isə uşaq orqanizmi üçün təhlükəli olması ilə izah edib.

"Uşaq gündə 1 almanı və ya 1 almanın şirəsini içməlidir, meyvənin tumlarını isə çıxarmaq lazımdır. Alma tumları həm də nəfəs yollarında tez-tez ilişir. Ümumiyyətlə, alma mədə-bağırsağı pozur, uşaqlara stəkanla alma şirəsi vermək düzgün deyil".

© medicina.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır