NARINC uşaq psixologiya mərkəzi: Gec dil açan uşaqların sayı artmaqdadır
30 AVQUST
332

NARINC uşaq psixologiya mərkəzi: Gec dil açan uşaqların sayı artmaqdadır

Ölkəmizdə gec dil açan və danışıq problemi yaşayan uşaqların sayı gündən-günə artmaqdadır. Əsasən, oğlan uşaqlarında meydana çıxan bu problemi çox vaxt valideynlər etinasızlıqla qarşılayaraq, “öz-özünə düzələcək”, “onun atası da gec danışıb”, “oğlan uşaqları gec dil açır” deyib, uşağı həkimə aparmaqdan yan keçirlər.

Tibb.fins.az xəbər verir ki, uşaqların hansı səbəblərdən gec dil açmaları və bunun aradan qaldırılma yolları haqda defektoloq-loqoped Nərmin Vəliqızıbir sıra sualları cavablandırıb:

— Uşaqlarda nitq qüsurları hansı səbəblərdən yaranır?

— Uşaqlarda müşahidə olunan gec dil açma və danışıq geriliyi bir sıra nevroloji problemlərin, o cümlədən, autizm xəstəliyinin əlaməti kimi ortaya çıxır. Baş beyinin inkişaf qüsurları zamanı nitq mərkəzinin də inkişafdan qalması halında gec dil açma və ya dildə danışıq qüsurları yaranır.

Vaxtında üstünə düşülərsə, yəni iki yaşından defektoloq-loqopedə müayinə edilərək müalicəyə başlanarsa, o zaman uşaqda yaşanan bu problemləri vaxtında aradan qaldırmaq mümkündür.

— Danışıq problemləri neçə yaşına qədər müalicə ilə aradan qaldırıla bilər? 
— Analar çox diqqətli olmalı, övladlarının səhhəti ilə maraqlandıqları kimi onların danışıq qabiliyyətlərini də yaxından təqib edərək, bir şübhə yarandığı halda həkimə müraciət etməlidirlər. Çünki danışıq geriliyi olan iki yaşında bir uşağı müalicə etmək bu problemdən əziyyət çəkən altı yaşlı uşağı müalicə etməkdən daha rahat olur.

Belə olduqda qısa zamanda uğurlu nəticə əldə etmək mümkündür. Bir yaşda uşağın lüğət ehtiyatında ən az 10 söz olmalıdır. Bu sözlərə ana, ata, gəl, get, apar, gətir və s. misal çəkmək olar. Valideynlər fikir verməlidirlər: əgər uşaq bir yaşını tamam edərək iki yaşına doğru irəlilədikcə söz ehtiyatı artmır və uşaq əlavə sözlərdən istifadə etmirsə, o zaman vaxt itirmədən loqoped həkimə müraciət etməlidirlər.

Bu qüsurun aradan qaldırılması isə nitq geriliyinin ağır, orta və yaxud yüngül formada olmasından asılı olaraq həkim tərəfindən müalicə metodları təyin edilir. Əgər uşaqda yüngül nitq geriləməsi varsa, o zaman 2-3 ay içərisində intensiv məşğul olmaqla tam nəticə əldə etmək mümkündür. 

Yuxarıda sadalanları müayinə və müalicə üsulu ilə həllinə NARINC uşaq psixologiya mərkəzinin həkimlərinin sayəsində nail ola bilərsiniz. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır