Müasir Psixologiya Mərkəzi: Uşaqlar valideynlərdən çəkindikləri üçün yalan danışırlar
02 SENTYABR
371

Müasir Psixologiya Mərkəzi: Uşaqlar valideynlərdən çəkindikləri üçün yalan danışırlar

Fikir versəniz, valideynlərin əksəriyyəti uşaqlarının həqiqətə sadiq qalmalarını çox tez istəyirlər. Belə ki, 3 yaşlı uşaqlar inanılmaz hekayələr uydurmağı və yamsılamağı sevirlər.

Tibb.fins.az xəbər verir ki, uşaqların ağıl və xəyal gücü yaxşı inkişaf etdikdə, müvəffəqiyyətli olurlar. Hekayə uydurmaq və bənzətmə oyunu isə yalan danışmaq mənasını vermir. Ona görə də bunun qarşısını almağa ehtiyac yoxdur. Əqli cəhətdən ləngiməsi olan uşağın söylədiyi yalanla normal uşağın söylədiyi yalan arasında böyük fərq olur.

Normal uşağın söylədiyi yalan məntiqli və inandırıcıdır. Uşaqlar valideynlərdən çəkindikləri üçün yalan danışırlar. 3-4 yaşındakı uşaqların tez-tez söylədikləri yalanlar, əslində yalan sayılmır. Bu yalanlar oyun məqsədi ilə söylənilir. Əgər övladınız hələ 5 yaşına çatmayıbsa, onun yalan danışması sizi narahat etməsin. Doğru danışmağa meyl uşaqda tədricən inkişaf edir. Uşağa tez-tez “sən yalan danışırsan”, “yalandır” kimi ifadələr deməyin.

Bunu etmək düzgün deyil. Uşağın yalan söylədiyini bildiyiniz halda isə həyəcan keçirməyin. Uşaq 4 yaşına çatanda yenə də yalan söyləyirsə, ananın uşağa “sən mənə həqiqəti söyləyənə qədər, səni gözləyəcəyəm” deməsi lazımdır. Sərt cəzalarsa, uşaqları daha cox yalan danışmağa sövq edir. Uşaqlarınızın daha sağlam inkişafı üçün Müasir Psixologiya Mərkəzinin həkimlərinə etibar edin!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır