Çox güclü qusmalarla keçən hamiləlik autizm riski daşıyır - ALİMLƏR
08 OKTYABR
314

Çox güclü qusmalarla keçən hamiləlik autizm riski daşıyır - ALİMLƏR

Hamiləlikdə toksikoz, ürəkbulanma, qusma normaldır. 

Lakin alimlər son zamanlar geniş yayılmış autizm sindromu ilə hamiləlik zamanı səhər ürəkbulanmaları və qusmaları arasında əlaqə olduğunu araşdırıb.

Belə ki, hamilənin səhərlər güclü qusması gələcək uşaqda autizm riskini 40% artırır. 

Fins.az medicina.az-a istinadən bildirir ki, bu nəticəyə 500 min qadın üzərində təcrübə nəticəsində gəliblər. 

Bir çox qadınların hiperemezis adlı çox ağır forma qusmaları var idi. Məhz o qadınların dünyaya gətirdiyi uşaqlarda 40% hallarda autizm diaqnoz olunmuşdu.

Alimlər hələ də bu təsirinin səbəbini öyrənə bilməyib. Çox güman ki, gün ərzində çox qaytarması olan hamilələrdə orqanizmdə mineral və vitamin defisiti olur ki, bu da dölün beyin sinir sisteminə təsir edir.

1-ci trimestrdə həddən artıq ağır toksikoz artıq ginekoloqları təşvişə salıb, ananı və dölü minerallarla təmin etmək barədə düşünməyə vadar etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır