Qadın ətri: Narciso Rodriguez Fleur Musc for Her
01 İYUN
324

Qadın ətri: Narciso Rodriguez Fleur Musc for Her

Narciso Rodriguez brendinin 2017-ci ildə xanımlar üçün satışa çıxardığı Fleur Musc for Her ətri çiçəkli-müşklü ətirlər qrupuna aiddir. Fleur Musc For Her ətrinin ilk qoxularını hiss edərkən qızılgül, müşk və istiot notlarını həmin an duymaq olur. Daha sonra isə bənövşə, pion əsas notlara zəriflik, təzəlik qataraq sizə fərqli hislər yaşada bilər. Ətir bütün fəsillər üçün uyğundur amma sərin havalar üçün daha idealdır. İsti havalarda bu ətri istifadə edəcəksinizsə, həm özünüzü, həm də ətrafınızdakıları ətrinizlə “boğmamaq” üçün ondan çox az vurun. Ətir çox qalıcıdır və şleyflidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır