Yayda dəri xərçəngindən qorunmağın yolları – Gündən qorunma kremi kimlərə və harda lazımdır?
08 İYUN
228

Yayda dəri xərçəngindən qorunmağın yolları – Gündən qorunma kremi kimlərə və harda lazımdır?

Son zamanlar yayılan melanoma – dəri xərçənginin yaranmasının kökündə duran səbəblərdən biri də dəriyə yüksək dozada ultrabənövşəyi şüaların keçməsidir. Hələ ki, üz və bədən üçün gündən qorunma SPF kremlərinin çəkilməsi profilaktik üsul kimi məsləhət görülür.  
Amma bu kremlər necə seçilməli, nə qədər çəkilməli, kimlərə harda məlsəhərdir?
Tibb.fins.az Medicina.az-a istinadən yayda gündən kremlərlə qorunmağın metodlarına aydınlıq gətirib. 
Gün kremi dərini 2 növ ultrabənövşəyi şüadan qorumalıdır: A və B. 
A-şüası - əvvəllər daha az zərərli hesab olunurdu, əsas dərinin qocalmasına səbəb olur. Indi isə dəri xərçənginə səbəb olan DNK zədələnməsinə səbəb olduğu üzə çıxıb.  
B- Şüası kanserogendir, dəri hüceyrələrini zədələyir.
Gündən qorunma faktor – SPF – kremin, losyonun nə dərəcədə ultrabənövşəyi şüalardan qoruya bilmə gücünü göstərir. Aşağı SPF-lər – 6-14, Orta – 15-30, yüksək 30-60 və çox yüksək 60-dan yuxarı SPF kremlər olur. 
Beynəlxalq dermatoloqlar 30SPF-dən aşağı kremlərin istifadəsini artıq məsləhət görmür.
Həmçinin etiketdə ulduz işarələri olmalıdır, bu məhsulun qorunma keyfiyyətinin göstəricisidir. Etiketdə ən azı 4 ulduz olmalıdır. 
Müasir dermatologiyada belə fikir var ki, indiki dövrdə SPF vasitənin dərəcəsi nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bu həm də insanı sığortalayır. Çünki müxtəlif ölkələrdə və çiməkliklərdə nə qədər ultrabənövşəyi şüanın olmasını ölçə bilmərik.
Son tədqiqatda 199 kişi və qadına iki cür SPF krem verilir: 50 və 100 SPF. Kremin birini üzün bir yarısına çəkiblər, digərini o biri tərəfinə. İştirakçılar açıq havada, günəşdə çox olublar. 1 sutka sonra dermatoloqlar dərinin gündən yanma dərəcəsini şkala ilə qiymətləndiriblər. SPF 50 çəkilən hissə 2 dəfə çox yanmışdı, nəinki SPF 100 olan nahiyə.
Kremin miqdarı da vacibdir. 
Mütəxəssislər, səhvin elə kremin miqdarının seçilməsində olduğunu bildirir. Dəridə krem qatı nə çox, nə az olmalıdır. Bədənin açıq nahiyələrinə və üzə daha çox krem çəkilməlidir.
 
 
BU kremlərin ziyanı varmı? 
Ötən il Amerika Osteopatik birliyinin materialı səs-küy yaratmışdı: gündənqorunma kremlə D vitamin əskikliyi yaradır.
Krem genəşdən alınan D vitamininin dəri vasitəsilə orqanizmə ötürülməsinin qarşısını alır.
Lakin dermatoloq Viktori Bert belə hesab edir ki, D vitamin əskikliyi dəri xərçəngindən daha az qorxuludur. Gün altında dərinin hüceyrələrinin pozulması riski daha çoxdur. İndi dəri xərçənginin çox yayıldığı vaxtda dərinin qorunması önəmli olmalıdır. Krem ultrabənövşəyi şüalardan 93% qoruyur. Qalan 7 faizdən D vitamin sintez olunur. 
Gündənqorunma kremləri bütün yaşda insanlara lazımdır.  Lazım gələrsə, gün ərzində krem 2 dəfə çəkilməlidir. Çox tərləyən insanlarda krem yuyulub gedir. 
Dərisinin rəngindən və günəşdə az-çox müddət olmasından asılı olmayaraq, may-sentyabr aylarında SPF krem çəkilmədən çıxmaq olmaz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır