Hormonal problemləri olan qadınlar üçün 6 möcüzəli məhsul
25 İYUN
420

Hormonal problemləri olan qadınlar üçün 6 möcüzəli məhsul

Estrogenlər qadın sağlamlığı və əhvalında ən böyük rollardan birini oynayan hormonlardır. Məhz estrogenlər qadını qadın edir.

Estrogenlərin səviyyəsinin müxtəlif səbəblərə görə normadan aşağı düşməsi qadın sağlamlığına və əhvalına çox böyük təsir edir - bədən çəkisinin artmasına, menstrual dövrünün pozulmasına, əhvalın tez-tez dəyişilməsinə, dərinin və saçların vəziyyətinin pisləşməsinə, tüklənməyə, libidonun azalmasına, sonsuzluğa və s. pozulmalara səbəb olur.

Təbii ki, hormonal problemləri olan qadınlara ilk növbədə həkimin müayinəsindən keçmək və lazım olan müalicə almaq lazımdır. Lakin bəzi məhsullar da bu işdə kömək edə bilər. Bu məhsullar fitoestrogenlərlə zəngindir. Fitoestrogenlər qadın orqanizminə estrogenlərə bənzər təsir edir, hormonal fonu yaxşılaşdırır. Hormonal problemləri olan qadınlar bu məhsulları pəhrizinə daha tez-tez daxil etməlidir.

1. Zəyərək toxumları

Bu çox faydalı müalicəvi məhsuldur. Qadınlar üçün zəyərək toxumları xüsusilə faydalıdır. Mütəxəssislər gündə 1 x.q qəbul etməyi tövsiyə edirlər. Toxumları salatlara, kəsmik və yoqurtlara əlavə etmək olar.

2. Küncüt toxumları

Bu toxumlar antioksidant maddələri ilə zəngindir, qadınlarda hormonla fonu tənzimləyir, xərçəngin qarşısını alır.  Gün ərzində 1 x.q. yemək olar. Toxumları salatlara, hazır yeməklərə əlavə etmək olar.

3. Soya

Bu ən tanlnmış "qadın" məhsuludur.

4. Püstə

Fitoestrogenlərlə zəngin olan püstə həmçinin ürək-damar sisteminə və beyinin fəaliyyətinə də müsbət təsir edir. Gün ərzində 10-15 püstə yemək olar.

5. Qoz

Süd vəzi xəstəliklərinin inkişafının qarşısını alır, beyinin fəaliyyətini yaxşılaşdırır, streslərlə mübarizə etməyə kömək edir. Gün ərzində 5-6 qoz ləpəsini yemək olar.

6. Araxis

Qadınların hormonal fonunu tənzimləyir, ürək-damar sisteminə müsbət təsir edir, gümrahlıq bəxş edir, yaddaş və diqqəti yaxşılaşdırır. Gün ərzində 1 ovuc araxis yemək olar.  (Saglamolun.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır