Plazmoliftinq - müasir cavanlaşma üsulu - VİDEO
16 İYUL
159

Plazmoliftinq - müasir cavanlaşma üsulu - VİDEO

Bu cavanlaşma üsulunun mənası insanın öz qanın plazmasının dəriyə yeritməkdədir.

Plazmada olan trombositlər qan hüceyrələrinin təsirindən dəridə bərpa prosesləri sürətlənir. Bunun nəticəsində dərinin rəngi yaxşılaşır, kiçik qırışlar yox olur, dəri hamarıaşır, daha cavan və sağlam görünür. Bu üsul həmçinin alopesiyanın (keçəlləşmə), sellülitin və s. halların müalicəsində istifadə olunur.

Bu metod təhlükəsiz sayılır və heç bir allergik reaksiyalara səbəb olmur (insanın öz qanı istifadə olunur).

Prosedurdan əvvəl dəri xüsusi kremin köməyi ilə ağrısızlaşdırılır. Pasiyentin damarından qan götürülür, xüsusi cihazda (sentrifuqa) plazma ayrılır (sarı rəngdə olan maye) və daha sonra kiçik miqdarlarla nazik iynə ilə pasiyentin dərisinə yeridilir. İynə vurulan yerlərdə kiçik şişlər əmələ gəlir ki, bu şişlər adətən 1 gün ərzində sovrulur. 5 gündən sonra prosedurun nəticəsi görünməyə başlayır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır