Xanımlar üçün gözəllik sirləri
07 SENTYABR
1158

Xanımlar üçün gözəllik sirləri

Xanımların hər zaman gözəl görənmək üçün kiçik sirləri var.

Tibb.fins.az axşam.az-a istinadən qadınlara maraqlı gözəllik sirləri təqdim edir:

Qüsursuz saç

Əgər saçlarınız tez yağlanırsa, şampununuzun içərisinə dəniz duzu tökün. Beləcə, saçlarınız bir neçə gün təmiz qalacaq.

Qalın kirpik

Bitmiş tuşunuzun fırçasını atmayın. E vitamini, gənəgərçək yağı və aloe şirəsini qarışdırıb, fırça vasitəsilə kirpiklərinizə çəkin.

Ləkəsiz gözaltı

Qəhvə dəmləyərkən qalan çöküntünü atmayın. Ona eyni miqdarda kokos yağı əlavə edib göz altına maska qoyun. 15 dəqiqə saxladıqdan sonra yuyun. Bunu həftədə iki-üç dəfə təkrarlayın.

 

Qüsursuz bədən

Zəncəfili sürtgəcdən keçirib 2 xörək qaşığı götürün. Üzərinə 2 xörək qaşığı gil, 10 xörək qaşığı isti su töküb qarışdırın. Sellülit olan hissəyə sürtüb üzərinə sellofan qoyun. Bir az saxladıqdan sonra yuyun. 

Möhkəm drınaqlar

Kokos yağı, bal və lavanda yağını qarışdırıb dırnaqlarınıza çəkin.

Günəşdən yanan dəri

Bunun üçün dəriyə sodalı su ilə kompres qoymaq lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır