Daim gənc qalmağın ƏN UCUZ YOLU...
08 OKTYABR
2165

Daim gənc qalmağın ƏN UCUZ YOLU...

Ağıllı insanlar xəstələnəndə dərman içirlər, müdriklər isə dərdlərinin çarəsini təbiətin özündə axtarırlar.

Tibb.fins.az xəbər verir ki, Publika.az-ın təqdim etdiyi məqalə çoxunuzun işinə yarayacaq. Müxtəlif bitki yağlarının adı, onların faydaları hətta əczaxanadan alarkən çətinlik çəkməməyiniz üçün rusca tərcüməsi yalnız bizdə. Artıq sağlam və gənc qalmaq çətin deyil.

Ayı pəncəsi yağı və gənəgərçək yağı (Репейное и касторовое масло) - saçla bağlı bütün dərdlərin dərmanı

Ərik yağı (Абрикосовое масло) - bədənin massajı və dırnaqların qidalandırlıması üçün

Acı bibər yağı ( Настойка перца горького) - saç uzatmaq üçün əvəzsiz vasitəsdir

Lavanda yağı (Mасло лаванды) - bir neçə damcısı şampuna əlavə edildikdə, saçlar uzun müddət təmiz və parıltılı qalır.

Eləcə də bax:Azərbaycanda kök qadınların sayı kişilərdən çoxdur - RƏSMİ

Qozun kosmetik yağı (Косметическое масло грецкого ореха) - üzdə qırışlara və gözaltı qaralmalara qarşı Jojoba yağı (Масло жожоба) - göz kənarlarındakı xırda qırışları yox edir

Dəniz duzu (Морская соль) - bədən və dırnaqları təravətləndirmək üçün vanna qəbul etmək olar

Badam yağı (Миндальное масло) - üz və bədən dərisinə çəkildikdə çat və qırışların qarşısını alır

Mavi gil (Голубая глина) - bədən və üz üçün ən effektiv maska

Çay ağacı yağı (Масло чайного дерева) - sızanaqlar əleyhinə çox faydalıdır.

Nanə yağı (Мятное масло) - baş ağrıları, miqren və yuxusuzluq zamanı gicgahlara sürtülür

Çiyələk yağı (Масло клубники) - doğumdan sonra dəri çatlarına qarşı faydalı vasitədir

Bor spirti (Борный спирт) - sızanaqları məhv edir.

A və E vitamini kapsulları ( Витамины Е, А в капсулах) - quru və çatlaq dodaqları eləcə də gözaltı hissəni qidalandırır.

Kokos yağı (Кокосовое масло) - saçların tökülməsi, bədən və üz dərisinin gözəlləşdirilməsi üçün əvəzsizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır