Göz altı torbalardan necə azad olaq?
09 OKTYABR
77

Göz altı torbalardan necə azad olaq?

Xüsusliə zərif cinsin nümayəndələrini narahat edən göz altı torbalarında şişlərin yaranmasına səbəb nədir? Yuxusuz qaldıqda tez-tez rastlaşdığımız bu şişliklərin yaranmasının səbəbləri nələrdir və hansı təbii vasitələrlə qarşısını almaq olar?

Tibb. Fins.az xəbər verir ki, gözlərin altında şiş kimi görünən göz altı torbaları insan yaşlandıqca nisbətən çoxalır. Buna səbəb göz qapaqlarını dəstəkləyən əzələlər və göz ətrafı sinirlərdə zəifləmənin əmələ gəlməsidir. Lakin şişliklərin tək səbəbi yaşlanmaq deyil. Bu, həmçinin yorğunluq, stres və əsasən genetik faktorla da əlaqəli ola bilir.

Uzun müddət kompüter qarşısında işləmək, fasiləsiz televizora baxmaq, yuxusuz qalmaq və duzlu qidaları çox yemək də göz altı torbalarının şişməsinə səbəb olur.

Milli.Az sizə ev şəraitində təbii üsulla göz altı torbaları və bu şişliklərdən qurtulmaq üçün təbii üsullar təqdim edir:

- Soyuq kompres üsulu ən təsirli üsullardan sayılır. Təmiz bir bez götürərək soyuq suda isladın və gözünüzün üzərində bir neçə dəqiqə saxlayın. Bu üsulu buzla da əvəz edə bilərsiniz.

- Soyuducudan soyuq yumurta götürün (soyuq olması mütləqdir). Yumurtanın ağını ayıraraq qabın içərisində yaxşı qarışdırın. Təmiz fırça ilə göz altına çəkin. 10-15 dəqiqə saxlayıb yuyun.

- Xiyardan dərinizə ehtiyacı olan nəmləndirməni, göz altı qaralmalarını, qırışları azaltmaq üçün istifadə edə bilərsiniz. 1 ədəd soyuq xiyar dilimləyin və göz altına düzün. 5 dəqiqə sonra bu dilimlər istindikdə dəyişin. Çox soyuq qoymayın və cəmi 10-15 dəqiqə saxlayın. Gözün ətrafı həssasdır buna görə də diqqətli olmalısınız.

- Gözləriniz üçün çay kompresi də sınanılmış ən yaxşı üsullardan hesab edilir. Yaşıl və ya qara çaydan istifadə edə bilərsiniz. Hər ikisi də göz altı şişlər üçün təsirli vasitələrdir. 2 ədəd paket çayı qaynanmış suda 2 dəqiqə saxlayın. Daha sonra soyusun. Çaylar soyuduqdan sonra göz altlarınıza qoyun. 10-15 dəqiqə saxlayıb götürün. Bu üsulu çobanyastığı çayı dəmlənməsi ilə də yoxlaya bilərsiniz. 

Milli.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır