Bu xəstəlik insanı daha tez qocaldır
23 OKTYABR
541

Bu xəstəlik insanı daha tez qocaldır

American Journal of Psychiatry jurnalı qocalma ilə bağlı olan yeni araşdırmanın nəticələrini dərc edib.

Araşdırmanın müəllifləri sübut edir ki, depressiyadan əziyyət çəkən insanlar bu xəstəliyi olmayan insanlarla müqayisədə xeyli tez qocalır.

Tibb. Fins.az  xəbər verir ki,  mütəxəssislərin fikrinə görə, ağır depressiya xəstələrinin orqanizmi öz pasport yaşından 10-15 il daha yaşlı olur.

Depressiya insan orqanizminə hüceyrə səviyyəsində təsir edərək qocalma proseslərini sürətləndirir və insan ömrünü qısaldır.

Araşdırma 1200-ə yaxın sağlam və depressiyadan əziyyət çəkən insanı əhatə edib.

Mütəxəssislər depressiyanın vaxtında aşkar etməyi və düzgün müalicə etməyi tövsiyə edirlər. 

sağlamolun.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır