Bu ucuz vasitələr dərinizi 5 il cavanlaşdıracaq
23 NOYABR
469

Bu ucuz vasitələr dərinizi 5 il cavanlaşdıracaq

Effektli cavanlaşdırıcı kremlər, zərdablar və s. bu kimi vasitələr adətən çox bahalı olur və hər qadın onları əldə edə bilmir.

Lakin bəzi ucuz vasitələr də var ki, bu vasitələrdən istifadə etməklə dərini xeyli cavanlaşdırmaq mümkündür.

Tibb.fins.az saglamolun.az-a istinadən bildirir ki, Ukraynalı dermatoloq, trixoloq, kosmetoloq Anjela Petraş vesti-ukr.com saytına belə vasitələr haqqında danışıb. Mütəxəssisin sözlərinə görə, bu vasitələrdən müntəzəm istifadə edən qadın üz dərisini 5-7 yaş daha cavan edə bilər.

Kosmetoloq 2 vasitəni təqdim edir - lidaza və aloe. Hər ikisi apteklərdə ampullarda satılır və kifayət qədər ucuzdur.

Kosmetoloq lidaza və aloeni kompleks şəklində istifadə etməyi tövsiyə edir: səhər üz və boyun dərisini lidaza, axşam isə aloe ilə sürtün. Ampulaları bir neçə dəfə istifadə edə bilərsiniz. Açılmış ampulanı  soyuducuda saxlayın.

Müalicə kursu - 30 gün, sonra 3-4 ay fasilə verib yenidən təkrarlaya bilərsiniz.

Bu vasitələr dərini yumşaldır və təravətləndirir, qırışları hamarlayır, dəridə bərpa proseslərini stimullaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır