Gözəl və sıx saç və kirpiklər üçün apteklərdə satılan ucuz vasitə
02 DEKABR
214

Gözəl və sıx saç və kirpiklər üçün apteklərdə satılan ucuz vasitə

Tibb.fins.az tanınmış fitoterapevt Fizuli Hüseynovun məqaləsini təqdim edir.

Saçların gür və sıx olması demək olar məndən ən çox soruşulan suallardan biridir. Yazdığım bu resept çox adama tanış olsa da xatırlamaqda problem olmaz məncə.

Axşam, yatmazdan əvvəl saç diblərini gənəgərçək yağı ilə massaj edin çalışın yağ bütün saç diblərinə dəysin, sonra saçlarınızı yağa tam batıraraq başınızı bağlayıb səhərə qədər yatın. Bunu həftədə 2 dəfə edin, hardasa 10 dəfə təsiri mükəmməldir. Saç diblərinə vuranda qulaq çöpü ilə kipriklərinizə və qaşlarınıza da vurun kipriklərin uzanmasına, qaşların sıxlaşmasına səbəb olacaqdır.

Gənəgərçək yağının digər faydaları:

- Əgər üzünüzdə sızanaq varsa üzədə vura bilərsiniz. 

- Saç tökülməsinin qarşısını alır, təzə tökülən saçların bərpasına səbəb olur, kəpək əleyhinə təsiri var, saç dibindəki səpgiləri və qaşınmanı götürür.

- Daban və qarın çatları varsa həmin nahiyyələrədə gənəgərçək yağını vura bilərsiniz.

- Gənəgərçək yağının həm də ağrıkəsici təsiri vardır, oynaq ağrılarında oynaqları bu yağla massaj edə bilərsiniz.

- Gənəgərçək yağını səhərlər ac qarnına 1 çay qaşığı içmək qəbizliyin qarşısını alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır