Dərinin "ən bahalı kremi": üzdə gəzən ilbizlər - Son illərin trendi
04 FEVRAL
355

Dərinin "ən bahalı kremi": üzdə gəzən ilbizlər - Son illərin trendi

İlbiz terapiyası dünyada populyarlaşdığı kimi ölkəmizdə də geniş yayılır. Artıq tanınmış şəxslər də bu üsula müraciət edirlər. Müğənni Tünzalə Ağayeva yaxın günlərdə ilbiz terapiyası ilə gündəmə gəlib. 
İlbizdən hələ qədim dövrlərdə tibbi məqsədlə üçün istifadə olunub. Hippokrat ilbiz seliyini turşumuş südlə qarışdararaq yanıqlarım müalicəsində istifadə edirdi. 
Bəs ilbiz terapiyası dəri üçün nə dərəcədə faydalıdır? 
Tibb.fins.az xəbər verir ki, ilbiz terapiyası üçün iri Afrika axantini növü tətbiq edilir. Bu ilbizlər "ev” şəraitində yetişdirilir. Qeyd edək ki, təbii halda çoxalan kiçik ilbizlərdən bu məqsədlə istifadə edilmir. 
İlbizin ifraz etdiyi selik dəri üçün çox faydalıdır. Belə ki, onun dəriyə təsiri nəticəsində dəridə bir sıra faydalı maddələr sintez olunur. 
Bunlara aşağıdakılar aiddir: 
1.Kollagen
2.Elastin
3.Allantoin
4.Qlikol turşusu
5.Proteaza
6.Xitozan
7.A, C, E, B6, B12 vitaminləri
İlbiz terapiyasını yalnız üzdə deyil, bədənin müxtəlif nahiyələrində - dekoltedə, qarında, çanaqda, əllərdə də etmək mümkündür. 
İlbiz terapiyasının təsiri ilə dəridə aşağıdakılar baş verir: 
1)Dərinin regenerasiyası
2)Nəmlənməsi
3)Rənginin yaxşılaşması
4)Piy vəzilərinin fəaliyyətinin yaxşılaşması
5)Ölü hüceyrələrin təmizlənməsi
6)Qırışların açılması
7)Sallanmaların aradan qaldırılması
8)Piqment ləkələrin təmizlənməsi
9)Çapıqların aradan qaldırılması
10)Yanıq izlərinin aradan qaldırılması
Terapiyanın tətbiqi üçün ilk növbədə üzdən kosmetika tamam təmizlənməlidir. Təmiz dəri südlə silinir. İlbiz axar suyun altında yuyulur. Üzə qoyularaq hərəkət etməsi təmin edilir. Onun ağız və göz ilə təmasına yol verilməməlidir. Onun dəri üzərinə selik ifraz etdiyindən əmin olun. 15-20 dəqiqədən sonra ilbizi götürərək dərini masaj edin. Daha 15 dəqiqə gözləyin. Selik tamamailə quruduqdan sonra üz təmiz su ilə yuyulmalıdır.
©Medicina
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır