Zəncəfilin gözəlliyə faydaları
15 MAY
578

Zəncəfilin gözəlliyə faydaları

Zəncəfil güclü antiseptik və iltihab əleyhinə xüsusiyyətlərə malikdir, qan dövranını yaxşılaşdırır, cavanlaşdırır, orqanizmdə bərpa proseslərini sürətləndirir.

Bütün bu faydalı xüsusiyyətlərə görə zəncəfil kosmetologiyada da çox geniş istifadə olunur.

Tibb.fins.az bildirir ki, zəncəfil maskaları üz dərisini əla təmizləyir, təravətləndirir,  cavanlaşdırır, daha dartılmış edir.

Zəncəfildən belə sadə maska hazırlaya bilərsiniz: təzə zəncəfil kökünü (təxminən 3 sm) sürtgəcdən keçirin, qatıqla qarışdırın, üz dərisinə çəkin, 15 dəqiqədən sonra ilıq su ilə yuyun. Bu maska yağlı dəri üçün nəzərdə tutulub. Dəriniz qurudursa, qatığın əvəzinə yağlı xamadan istifadə edin.

Bal və zəncəfil qarışığı da dəriyə çox müsbət təsir edir, cavanlaşdırır, nəmləndirir.

Zəncəfil saçlara da çox yaxşı təsir edir - saçların uzanmasını sürətləndirir, tökülməyini azaldır, kəpəyi müalicə edir, saçların keyfiyyətini yaxşılaşdırır.

Zəif və tökülməyə meyilli olan saçlar üçün maska: sürtgəcdən keçirilmiş zəncəfil kökü, bal və yumurta sarısını götürün, yaxşı qarışdırın, saç dərisinə çəkin. Saçınız plyonka, sonra dəsmalla örtün, 1 saatdan sonra yuyun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır