Lobya maskası - Liftinq effekti
13 MAY
180

Lobya maskası - Liftinq effekti

Lobya əsl vitamin-mineral kompleksidir.

Lobyanın tərkibində dəri üçün çox faydalı olan bir çox maddələr var. Lobya dəriyə əla cavanlaşdırıcı təsir edir, kiçik qırışları açır, dərini daha elastik edir.

Lobyadan çox təsirli cavanlaşdırıcı maska hazırlamaq olar. Bunun üçün 1 ovuc lobyanı (qırmızı lobya daha yaxşıdır) suda tam yumşalana kimi bişirin və suyu süzüb blenderdən keçirin. Lobyaya 1 çay qaşığı zeytun yağı və bir az limon şirəsi əlavə edin və yaxşı qarışdırın. 

Maskanı təmiz üz dərisinə çəkin və 30 dəqiqədən sonra ilıq su ilə yuyun. Belə maskanı həftədə 2-3 dəfə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır