"New Life Medical Center": Dərialtı gənələrin əsas əlaməti nələrdir?
06 AVQUST
328

"New Life Medical Center": Dərialtı gənələrin əsas əlaməti nələrdir?

tibb.fins.az xəbər verir ki, dərialtı gənələr və onların üz dərisində törətdiyi fəsadlar bir çoxlarını, xüsusən gəncləri narahat edir. Bəziləri bunu yeniyetməlik dövründə yaranan səpgilərlə qarışıq salırlar.

Dərialtı gənələr dedikdə, dərinin özündə olan demodeks adlı gənələr başa düşülür. Bu gənələr demək olar ki, insanların 50-60 faizində var.

Dəridə həddindən artıq yağlılıq, zədələnmə olarsa, onların fəaliyyəti artır. Bunun nəticəsində həmin gənələr səpkilər yaratmağa başlayırlar. Dərialtı gənələrin əsas əlaməti isti mühitdə dərinin qaşınmasıdır.

Ola bilər ki, kimsə analiz versin və müəyyən olunsun ki, onun dərisi altında gənə var. Amma bu gənələr həmin şəxsə heç bir narahtlıq vermirsə, bu, həmin şəxsdə demodekoz xəstəliyinin olmasına heç bir əsas vermir.
Dəriyə düzgün qulluq edilmədikdə gənə inkişaf etməyə başlayır. Və üzdəki yağın ifraz olunması yolu ilə qidalanır. Demodekoz üçün yaş fərqi yoxdur. Hər bir yaş qrupunda buna rast gəlmək mümkündür. Lakin gənc xanımların üz dərisi daha çox yağlı olduğuna görə əsasən onlarda müşahidə olunur. New Life Medical Center -də Azərbaycanın ən tanınmış və təcrübəli həkim - dermatoloqları fəaliyyət göstərir ki, onlar Sizin uşağınızda olan dəri problemini çox tezliklə həll edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır