Dr.Elvin Həsənli : Sağlam dişlər yalnız təbii bir hədiyyə deyil, diqqətli və gündəlik qayğıların nəticəsidir
14 AVQUST
652

Dr.Elvin Həsənli : Sağlam dişlər yalnız təbii bir hədiyyə deyil, diqqətli və gündəlik qayğıların nəticəsidir

Instagram: https://www.instagram.com/stomatoloq_elvin/

Əlaqə: +994 55 885 49 50

Müasir zamanda hər kəs "Hollivud gülüşü"nə sahib olmaq arzusundadır. Müasir tibbin yenilikləri təbii dişləri çıxarmadan, üzərinə bəyaz, parlaq və düz lövhəciklər qoymaqla insanları bu arzusuna çatdırır. Vinir yarımmillimetr qalınlıqda olan dişin üst tərəfini örtən lövhəcikdir. Vinirlər bir və ya bir neçə dişin xarici görünüşünü dəyişdirmək üçün istifadə olunur.

Qeyd edək ki, ilk vinirlər XX əsrdə ABŞ-da həkim stomatoloq Çarlz Pinkus tərəfindən icad edilib. Əvvəllər vinirlər Hollivud aktyorlarının dişlərindəki eybəcərliyi, sarılığı qısa müddətdə örtmək üçün nəzərdə tutulmuşdu. Vinirlər sayəsində aktyorların düz, ağ və parlaq dişləri olurdu. Vinirlər xüsusi tozlar vasitəsilə yuxarı dişlərin üstünə bərkidilir və bir neçə gün qalırdı.

Müasir vinirlərlərsə ilkin müvəqqəti vinirlərdən uzunmüddətliliyi, dayanaqlılığı, hazırlanma və bərkidilmə texnologiyalarına görə fərqlənir. Vinirlərə mikroprotezlər də deyirlər. Onların vasitəsilə dişlərdəki kiçik çatışmazlıqları - sarımtıl rəngini, əyriliyini, aralı yerləşdiyini gizlətmək olar. Xarici görünüşcə vinirlər nazik linzalara bənzəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır