MediClub: Gün ərzində 100-ə qədər saç tökülməsi normal sayılır
19 AVQUST
300

MediClub: Gün ərzində 100-ə qədər saç tökülməsi normal sayılır

Gün ərzində 100-ə qədər saç tökülməsi normal sayılır.Əgər saçlar bu miqdardan çox tökülərsə, xəstəliyin səbəbini axtarmaq və onu aradan qaldırmaq lazımdır. Tibb.fins.az xəbər verir ki, saçlarınızın itkisinə səbəb olan amilləri müəyyən etmək üçün bir neçə növ müayinə olunmalıdır. 

Saç tökülməsinə dair testlərin siyahısı
Qanın ümumi analizii;
Qanda dəmir mübadiləsinin təyini;
Hormonların təyini;
Mikroelementlərin və qanın biyokimyəvi tərkibinin təyini 
Qan verdikdə
Qanın ümumi analizi hemoglobinin səviyyəsini göstərir, anemiyanı müəyyən edir və ya aradan qaldırır. Qanda leykositlərin səviyyəsi iltihab prosesini və orqanizmin ümumi vəziyyətini göstərir. Qanın ümumi analizi göstərilən normalardan kənara çıxdıqda mütəxəssis biyokimyəvi müayinələri əlavə edir.
Biokimya
Biokimyəvi müayinələrə mikroelementlərinin ,su-duz mübadiləsinin,qara ciyər ,böyrək göstəricilərinin və s. təyini daxildir. 
Hormonlar
Hormonal dəyişikliklər saçların kəskin itkisinə səbəb ola bilər.
Qadınlarda saç tökülməsində cinsi hormonların və qalxanvari vəzin hormonlarının yoxlanması təyin olunur.Başqa problemlər varsa (sonsuzluq,menstrual siklin pozulması və s.) əlavə müayinələr təyin olunur.
Parazitlərin yoxlanması
Saç tökülməsinin səbəbi helmintlər ola bilər. Helmintləri təyin etmək üçün qan və ya nəcis analizi təyin edilir. Bu səbəblə uşaqlarda saç tökülməsi baş verir.
Saçların tökülməsinin bir səbəbi də dərinin göbələk xəstəliyi ola bilər.Göbələyi yoxlamaq üçün dəridən qaçıntı materialı götürülür.
Yuxarıda qeyd olunan bütün müayinələri siz MediClub tibb mərkəzinin klinikalarında verə bilərsiz!

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır