Qalstuk taxmaq ziyandır
16 SENTYABR
304

Qalstuk taxmaq ziyandır

Qalstuk taxan kişilərin səhhəti ciddi risklərə məruz qalır.

Fins.az e-tibb.az-a istinadən bildirir ki, qalstukdan müntəzəm istifadə edən şəxslərin beyni qanla doğru-düzgün qidalanmır. Bunu alman alimləri iddia edirlər.

Alimlər bir tibbi mərkəzdə 30 könüllü üzərində eksperiment aparıblar. İştirakçılar iki hissəyə bölünüb. Onların yarısı qalstuk taxıb, yarısı isə yox. Könüllüləri tomoqrafiya edərək bu aksessuarın orqanizmə təsirini öyrənməyə çalışıblar. Müayinələrdən sonra məlum olub ki, qalstuk taxanların beynində qan dövranı zəifləyir. Səbəb isə odur ki, qalstuk boyundan keçən əsas damarları sıxır.

Alimlər belə qərara gəliblər ki, hazırda qalstukla bağlı bütün nüanslar tam araşdırılmayıb.

Nəzərə alınsa ki, bütün rəsmi təşkilatlarda xeyli insan hər gün qalstuk taxmalıdır, bütün rəsmi görüşlər zamanı da dress-kod məcburi olur, problem kifayət qədər ciddi qəbul olunmalıdır.

Bir məqamı da diqqətə çatdıraq ki, Fransa parlamentarları 2017-ci ildən bu məcburiyyəti aradan qaldırıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır