Uşaqlarda aqressivlik
04 YANVAR
326

Uşaqlarda aqressivlik

Uşaqda aqressiv davranışları doğuran səbəbləri anlamaq üçün ilk öncə bilmək lazımdır ki aqressiya nədir?Psixoloqlar iddia edirlərki aqresiya- bu təcavüz deyil,nə motiv nə də hisslərdir.Aqressiya- saglam olmayan davranış modelidir hansıki erkən yaşlarda bünövrəsi qoyulur.Uşaqlarda aqressiv davranışları yaradan səbəblərdən bəzilərinə nəzər salaq:

Birinci səbəb:Narazı valideynlər:Bu səbəb əsas bazadan biridir beləki statistikaya əsasən,ən çox aqressiv davranış modeli arzu olunmaz körpələrdə özünü göstərir.Əgər uşaq şüurlu və ya şüursuz sürətdə buna hazır olmayan valideynlərdə dünyaya gəlirsə,o nəinki intiutiv cəhətdən hiss edir həm də bu məlumatı jestlər və intonassiya ilə güman edir.Bir uşaqki yaxşı olduqunu və mövcudluq hüququnun olduqunu sübut etməyə çalışır.Bu da bir qayda olaraq kifayət qədər aqressiya yaradır.

İkinci səbəb:Düşmənçilik:Uşağa,onun valideynləri düşməncə davrandıqları üçün çox çətindir.Zaman keçdikcə bu uşaq valideynləri ilə münasibəti dostluqdan uzaqlaşır.Əgər valideyn öz uğursuzluqlarını səbəbini və neqativini uşaqdan çıxmağa çalışırsa,uşaq nəinki özünü inamı itirir,onda qorxu və fobi yaranır.Zaman keçdikcə təhlükəsizlik və sabitlik hissinin olmaması valideynlərə yönəldilmiş aqressivliyə səbəb olur.

Üçüncü səbəb:Emosional əlaqlərin dağıdılması:əgər uşaq valideynləri ilə yaşamaqa məcburdursa,Hanası ki bir-birinə düşmən kimi və ya hörmətsiz yanaşırlarsa,onun həyatı əsil dəhşətə çevrilir.xüsusilə kədərli haldır ki,uşaq nəinki evdəki davaların şahidi olur həm də bu dramatik hadisələrin bir başa iştirakçına çevrilir.Nəticədə ya uşaq daim gərginlikdə olur ya da aqressiv davranış modelinə çevrilir.

Dördüncü səbəb:Uşağın şəxsiyyətinə hörmətsizlik: Aqressiv davranış ədəbsiz və tərbiyyəsiz tənqid, alçaldıcı və təhqiramiz fikirlərlə əlaqədar ola bilər, xüsusən də əgər onlar açıq şəkildə söylənirsə. Hörmətsizlik uşağın şəxsiyyətinin alçaldılması, ələlxüsus da onun özünə inamını alt-üst edən, ciddi komplekslərinin yaranmasına səbəb ola bilər.

Beşinci səbəb:Artıq diqqət:Bir ailə uşaqa həddindən artıq diqqət edir və o buna tez alışır və ərköyün olur. Zaman keçdikcə valideynin uşaqa yarınmaq arzusu onlata qarşı dönür. Əgər bu uşağın növbəti arzusu yerinə yetirilmirsə, valideynlər cavab şəklində isterika və aqressiya ilə qarşılaşırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır