Özünə güvənmənin formalaşması
22 FEVRAL
338

Özünə güvənmənin formalaşması

Bir çox insanların günlük başına gələn hadisələrə görə özləri haqqında hissləri və düşüncələri dəyişə bilir.

İmtahandan aldığınız nəticənin dərəcəsi, dostlarınızın sizə qarşı rəftarı, həyatınızdakı eniş və çıxışlar sizin həyatınıza keçici bir təsir göstərir.

Özünə inamı olan insanlar cəmiyyətdə qarşılarına çıxan hadisələrdə ön plana çıxırlar və çəkinmədən məsuliyyət ala bilirlər.

Özgüvəni olmayan insanlar isə çəkingəndir və heç bir işdə bacarıqlı ola biləcəklərinə inanmazlar. Belə düşünən insan nəticədə heç bir şeyi bacara bilməz. Buna görə də özgüvən insan üçün çox mühüm bir xüsusiyyətdir.

İnsanın özgüvəni uşaqlıqda aldığı tərbiyədən çox asılıdır. Valideynlərdən biri və ya hər ikisi, həddindən artıq dərəcədə tənqidli və mükəmməlliyətçidirsə ya da həddindən artıq qoruyucu və müstəqilliyi əngəlləyici isə, uşağın özünə bağlı duyğu və mühakiməsi, yetərsiz və dəyərsiz olur.

Halbuki valideynlər uşağın cəhdlərini dəstəkləməli, inkişafını alqışlamalı, səhv etdiyində doğrusunu tapmasına köməkçi olmalı, onu bu halıyla sevməyə və qəbul etməyə davam etsələr, uşaq da özünü qəbul etməyi, sevməyi və özünə güvənməyi öyrənər.

Özünə inamın formalaşmasında və inkişafında bir çox faktor olmasına baxmayaraq ən əhəmiyyətli və təsirli olan şey insanin öz səyidir.

Özünə inam əskikliyini aradan qaldırmaq üçün insanin müsbət bir hədəfə kilidlənməsi, mənfi hədəfdən uzaq qalması lazımdır. Bu şəkildə insan uduzmaqdan qorxmaq yerinə, müvəffəqiyyətli olacağına inanır.

Qarşısındakı kəslərdən özünə inam əskikliyini aradan qaldıracaq sözlər eşidən kəslər həyata daha yaxşı sarılır və özünə olan etibarı artır. Hər kəsin bir-birinə güvəndiyi bir mühitdə yaşayan kəslərdə özünə inam əskikliyi daha az görülür.

Özünə inamı yaxşılaşdırmaq üçün nə edilə bilər?

- Özünüz haqqında müsbət düşüncələrə sahib olmaq

- Təcrübələrdən dərs çıxarmaq

- Həqiqi və ola bilər hədəflər təyin etmək

- Öyrənməyə açıq olmaq

- Cəsarətli davranmaq

- Yararlı işlər etmək

- Dəyişməyə açıq olmaq və xoş qarşılamaq

- Sadəliyə əhəmiyyət vermək.

Sevinc Əlizadə

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır