Bayramda küsülülər niyə barışır? - Psixoloqdan maraqlı açıqlama
09 MART
376

Bayramda küsülülər niyə barışır? - Psixoloqdan maraqlı açıqlama

Artıq bayrama sayılı günlər qalıb. İnsanlar bayram təmizliklərinə və hazırlıqlarına başlayıb. 
Fins.az xəbər verir ki, bu gün Od çərşənbəsidir. Od çərşənbəsində od rəmzi istilah daşıyır. O, yandırıb-yaxan, istilik verən məfhum kimi yox, müqəddəs, sayalı, arındırıcı bir varlıq kimi təsvir edilir. "Suyun yumadığını od təmizlər” ifadəsi də buradan götürülüb. 
Hər çərşənbədə olduğu kimi bu zaman da insanlar, xüsusilə uşaqlar tonqal qalayırlar. Üzərindən tullanaraq bütün problemlərinin orada bitəcəyinə inanırlar.
Bəs Novruz bayramının, tonqal üzərindən tullanmanın insan psixologiyasına həqiqətən təsiri varmı?
Mövzu ilə bağlı Medicina.az-a açıqlama verən psixoloq Zeynəb Eyyubovanın sözlərinə görə, bu bayram insanda psixoloji cəhətdən xoş əhval ruhiyyə yaradır:
"Bayramda küsülülər barışır, qohumlar bir yerə toplaşırlar. Bu da çox müsbət aura yaradır. Məhz tonqalın üzərindən tullanmaqla insanlar öz mənfi enerjilərini atdıqlarını düşünürlər. Bu fikir də şüur altına çökərək insanda müsbət əhvalın yaranmasına səbəb olur”.
"Məhz bayramdır deyə küskün insan nəyisə bağışlayıb barışa bilərmi?” sualını cavablandıran psixoloq bayramın bu prosesdə böyük rol oynadığını qeyd edib.
"Yəni inanclara, adət-ənənələrə baxsaq çox küsülülər Novruzda barışıb. Təbii ki, bayram bəhanəsi ilə başqalarının vasitəsilə küsülülər yaxınlaşdırılırdı, daha sonra isə barışdırılırdı. Çox küskün olsalar belə "bayramdır, oldu-keçdi, uzatmayaq” düşüncəsi ilə insanlar qüsurları ört-basdır edə bilərlər”, - deyə Eyyubova vurğulayıb.
© Medicina.az 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır