Təbabətin ən kədərli problemi - Erkən uşaq autizmi
04 İYUN
793

Təbabətin ən kədərli problemi - Erkən uşaq autizmi

Müəllif: Şıxlinski Abdulla-həkim-psixiatr

Əlaqə nömrəsi:+994554394155

Dünya təbabətində çoxlu miqdarda aktual, aktuallaşdıqca mürəkkəbləşən problemlər vardır. Bəzən adi.insanlara elə gəlir ki, onkoloji xəstəliklər, müxtəlif məzmunlu, insan həyatında ciddi keyfiyyət pozğunluqları yaradan irsiyyət patologiyaları, sonsuzluq ən dəhşətli tibbi-bioloji problemlərdir.Lakin çox az əhali qrupu təbabətin-psixiatriyanın ziddiyyətli tədqiqat obyektinə çevrilmiş erkən üşaq.autizmi haqqında durust məlumata malikdir. Bu xəstəlik ətrafında çoxlu spekulyasiyalar da mövcuddur. Asan yolla, bəzən dələduzluq yolu ilə pul qazanmaq istəyən , əslində heç bir tibbi təhsilə, erkən uşaq autizmi haqqında heç bir anlayışa.malik olmayan ,universitetlərin, pedaqoji institutların sosial elmlər və psixologiya fakültetlərini bitirmiş, başabəla psixoloqlar insafsızcasına əhalinin nadan təbəqəsini aldadaraq, valideynlərə onların uşaqlarını erkən uşaq autizmindən qurtaracıqlarını vəd edirlər. Lakin bunu hamı bilməlidir ki, erkən uşaq autizmi ilə həkim-psixiatrlar məşğul olmalıdırlar, çunki bu problem tibbi-bioloji problemdir, müvafiq dəyərli müalicə tədbirləri həyata kecirmədən belə bir ağır patologiyanın gedişində heç bir müsbət dönüş əldə oluna bilməz. Erkən uşaq autizmi polietioloji və mürəkkəb patogenetik mexanizmlərə malik olan bir xəstəlikdir.Xəstəliyin inkişafında perinatal faktorlar həlledici rola malikdir. 1.Mayalanma anından başlayaraq döl bütün xarici və daxili faktorlara həssas olur:valideynlərdən birinin mayalanma anında etil spirti və başqa narkotik maddələrin təsiri altında olması, 2.Ananın hamiləlik dövründə kecirdiyi müxtəlif xəstəliklər və aldığı fiziki zədələr.3.Virus infeksiyaları, toksoplazmoz, herpes, vərəm hamilə qadının orqanizmində , dolayı yolla dölün inkişaf etməkdə olan beynində geridönməz dəyişikliklər törədir, beyinin hansı anatomik strukturunun zədələnməsindən asılı olaraq erkən uşaq autizminə xas olan xarakterik patoplastika formalaşır.4.Xəstəliyin yaranmasında və inkişafında cinsi zorakılığa məruz qalmış qadinlardan doğulan uşaqların sonradan erkən uşaq autizminə dücar olmaları faktı bioloqlara və həkimlərə dərin elmi tədqiqatlar ücün zəmin verir. Xəstəliyə yalnız 1-3 yaş arasında diaqnoz qoymaq mümkündür.Bəzən yuxarıda haqqında söhbət gedən başabəla psixoloqlardan belə yalan məlumat eşitmək olur ki, guya onlar 7 yaşında olan, göstərilən patologiya ilə əziyyət çəkən uşaqla iş aparmışlar-bu tamamilə yalan, reklam xarakteri daşıyan bir məlumatdır.3 yaşından sonra beyində inkişaf edən neyrobioloji proseslər erkən uşaq autizminin diaqnostikasını mümkünsüz edir, və müəyyən psixi dəyişikliyə malik olan uşaqlara qeyd olunan simptomlar çərçivəsində simptomların.təzahür dərəcəsindən asılı olaraq, "Simptomatik diaqnoz" qoyulur və müvafiq müalicə aparılır. Diaqnostika, müalicə, reabilitasiya məsələləri yalnız həkim-psixiatr tərəfindən aparılır. Erkən uşaq autizminin aşağıdakı növləri ayırd edilir: 1.Evolyutiv uşaq.autizmi-"Kanner sindromu". Kanner sindromunun əsas əlamətləri:instinktiv həyatın pozulması-iştaha ya itir ya da həddindən artıq zəifləyir, uşaqlar aylarla, illərlə eyni qidanın qəbulunu tələb edirlər. Yuxunun inversiyadı baş verir-"qurd yuxusu"meydana çıxır, gecə ayılmalarının sayı-hesabı olmur, yuxuya çətinliklə gedirlər.Uşağın xarici görünüşü dəyişir, göz qabağında başqalaşır-mimika donur, nəzərlər ya boşluğa, ya da öz daxilinə yönəlmiş olur. Çox nadir hallarda uşaq ətrafdakı insanlara da nəzər salır.Uşağın davranışı, oyunları stereotip xarakter daşıyır, uşaqlara.xas olan maraq, ətrafdakı oyun prosesinə qıcıq olmur.Uşaqlar ətrafdakıların bütün dəyişən hərəkətlərinə müqavımət göstərirlər.Anadan qacırlar, ya da simbiotik şəkildə ona bağlı olurlar. Ekspressiv nitq inkişaf etmir.Prosessual uşaq autizmi. -2 ci növ. Xarakterik uşaq psixozu əlamətləri ilə kecir. Katotonik simptomlar aşkar edilur.Uşaq əcayib pozalarda datanıb durur, yorulmadan hara isə qacır, boğaz səsləri çıxardır. Belə uşaqların psixiatrik xəstəxanaların uşaq şöbələrinə hospitalizasitası vacibdir. 3.Atipik uşaq autizmi.İrsi degenerativ aberrasiyalar zamanı baş verir.4.Rett sindromu. Emosional sferanın daha zəif zədələndiyi növdür.5.Asperger sindromu. Bu xoş xassəli erkən uşaq aytizmidir.Belə uşaqlarda ağıl zəifliyi inkişaf etmir, ona görə də belə üşaqlar cox zaman yaxşı təhsil alıb, həyatda faydalı şəxslərə cevrilə bilirlər.6.Psixogen autizm. Analarından tez ayrılıb, uşaq evlərinə göndərilmiş uşaqlarda inkişaf edir.Uşaq böyüdükcə sosial adaptasiya bırpa olunsa da, emosional sferada davamlı dəyişikliklər inkişaf edə bilər.Ağıl zəıfliyi olmur. Erkən uşaq autizminin düzgün diaqnostikası məqsədi ilə həkim-psixiatr kliniki-psixopatoloji müayinədən sonra vacib olaraq, xəstəni baş beyinin kompyuter tomoqrafiyası, maqnit rezonans tomoqrafiyası, elektroensefaloqrafiya müayinələrinə göndərir.Bütün müayinələrin-klinik-psixopatoloji, yaxarıda adları cəkilən paraklinik müayinələr-nəticələri ümumiləşdirilir, diaqnoz dəqiqləşdirilir. Müalucə-ilk erapda yalnız bioloji terapiya aparılır. Əgər uzunmüddətli bioloji terapiyadan sonra xəstənin vəziyyətində davamlı, pozitiv dönüş əmələ gəlirsə, həkim-psixiatrın icazəsi ilə həkim-psixoterapevt reabilitasiya işlərinə başlayır. Tibbi təhsilə maluk olmayan psixoliqların erkən uşaq autizminin müalicəsində hec bir rolu yoxdur.Bunu uzunmüddətli tədqiqatlar sübut etmişdir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır