Ruhi xəstələrdə özunu dərketmə pozğunluqları - Psixiatr Doktor Şıxlinski Abdulla
08 İYUN
1006

Ruhi xəstələrdə özunu dərketmə pozğunluqları - Psixiatr Doktor Şıxlinski Abdulla

Müəllif: Şıxlinski Abdulla-həkim-psixiatr

Əlaqə nömrəsi:+994554394155

Əksəriyyət ruh xəstəliklərində özunudərketmə bir psixi proses kimi pozulmuş olur.Xəstələrdə çox tez-tez rast gələn bəzi simptomlar bu pozğunluqların xarakterik əlamətləridir:1.Xəstə ruhi xəstə olduğunu boynuna almır.2.Daxili başqalaşma hissini ətraf mühitlə öz.daxili aləminin konflikti kimi anlayır, ona görə də te-tez ətrafdakılarla konfliktə girir.3.Gəflətən indiyə kimi özünün başqa adam olduğunu, indi isə qeyri birisinə çevrildiyini düşünür.4.Bu vəziyyəti müəyyən ətraf mühit faktorları ilə əlaqələndirir.Belə vəziyyətə "psixiatrik problemlərin psixologizasiyası "deyilir.Yəni patoloji dəyişikliklər müvəqqəti normal dəyişikliklər kimi qəbul olunur.Tez-tez xəstələrdən belə sözlər eşitmək olur:onsuz da hamıda bir çatmamazlıq var.Belə səhv fikirlər xəstənin yaxın adamları tərəfindən dəstəklənir, ya da xəstə psixi patoligiyanı lazımınca anlamayan mütəxəssislərə, cox tez-tez də psixoloqlara müraciət edir, nəticədə azacıq da olsa işləyən özünüdərketmə xəstəyə qarşı səhv, səriştəsiz münasibətin nəticəsində tamamilə dinamikasını dəyişir, xəstədə bütün müalicə tədbirlərinə həkim-psixiatrların məsləhətlərinə qarşı aqressiv münasibət formalaşır.5.Xəstə insan onu əhatə edən əşyaların , insanların öz formalarını dəyişdiklərini, dünyanın onlardan sanki uzaqlaşdığını, davamlı , beyinlərini saran mənasızlıq, nəticəsizlik hissini daima qeyd edirlər.6.Tanımadıqları, tamamilə yad bir insanın ölümü xəstəni həyatın mənasının yaşamaqdan deyil, elə ölümdən ibarət olduğu qənaətinə gətirir.Bütün bu psixopatoloji dəyişikliklər xəstəliyin ağırlığından xəbər verir, və təcili həkim-psixiatr məsləhətini vacib edir.
Mən cox tez-tez öz təcrübəmdə belə hallarla qarşılaşıram: həddindən artıq gənc, bəzən də yeniyetmə yaşında olan , ağır ruhi xəstəlik əlamətləri aşkarlanmış oğlan və qızların valideynləri ciddi cəhdlə öz uşaqlarının xəstəliklərini qəbul etmək istəmirlər"Nə danışırsınız, mənim uşağımda belə xəstəlik ola bilməz, o əlaçı oxuyan tələbədir, nəzakətli, tərbiyəli uşaqdır, yaddaşı da şox yaxşıdır!..." Nədənsə valideynlərin, xəstənin yaxın adamlarının çoxu belə hesab edirlər ki, əgər insanın yaddaşı yaxşıdırsa, əlaçı oxuyursa, nəzakətli rəftarı varsa, onda ağır ruhi xəstəlik ola bilməz.Təəsüf, ki bu çox yanılış fikirdir, ruhi xəstəlik zamanı, xüsusən də onun ilk dövrlərində xəstənin tamamilə qeyri-adekvat görünməsi mütləq deyildir.Biz gündəlik həyatımızda da bunun şahidi oluruq ki, həddindən artıq nəzakətli, sakit görünən insanlar ruhi xəstəlik zamanı qəflətən idarəolunmaz vəziyyətə düşə bilər, ağır bədən xəsarəti yetirmə, zorlama kimi ictimai təhlükəli əməllər törədə bilərlər.Təxminən bir neçə il əvvəl çox hörmətli bir şəxsin 7 yaşlı nəvəsi-oğlan təhsil aldığı məktəbdə qəflətən hamının gözü qarşısında şalvarını endirmiş və cinsiyyət orqanlarını nümayiş etdirmişdir, bu hal dəfələrlə təkrar olunmuşdur.Xəstənin.mənim tərəfimdən privat müayinəsi zamani onun egsgibisionizm deyilən çox ağır və ictimai təhlükəli seksual deviasiya ilə əziyyət çəkdiyini, bu deviasiyanın uşaq şizofreniyası cərcivəsində yarandığı məlum oldu.Ən qəribəsi odur ki, valideynlər çox.çətinliklə müalucəyə və 7 yaşlı uşağın fərdi, başqa üşaqlardan ayrı, ev şəraitində təhsil almasına razılıq verdilər.
Özunudərketmə pozğunluğuna dücar olmuş xəstələr uzun müddət öz.xəstəliklərini biruzə verməyə bilərlər.Lakin ətraflı müayinə zamanı şəxsiyyətin.obyektiv və subyektiv dəyişməsi əlamətləri, şəxsiyyətin disharmoniyası və reqressiyası asanlıqla üzə cıxır. Özünüdərketmə pozğunluqları aytopsixiki, somatopsixiki, allopsixiki və ya total depersonalizasiya şəklində özünü biruzə verə bilər.Depersonalizasita termini fransız psixiatrları Dyuqe və mutye tərəfindən təklif olunmuşdur, şəxsiyyətin itməsi, öz mənini itirmək kimi başa düşülür.Xəstə öz şəxsiyyətini özünə yad hiss edir, öz mənini dərk edə bilmir, bu hissiyyat onu üzür.Depersenolizasiya adətən derealizasiya ilə müşayət olunur.Xəstə ətraf aləmi dərk etməkdə çətinlik çəkir.Bu vəziyyətini xəstə dönə-dönə analiz edir, üzücü düşüncələr xəstəni əldən salır.Somatopsixiki depersonalizasiya zamanı xəstə öz.bədən hissiyyatını dərk etməkdə cətinlik cəkir.Allopsixiki depersonalizasiyada insan real ətraf mühiti tam deyil, hissəvi, öz daxili vəziyyətinə uyğun qəbul edir. Özünüdərketmə pozğunluqları ağır psixi xəstəliklərin əlamətləridir. Bu pozğunluqlar mütəxəssis yardımı tələb edən vəziyyətlərə aiddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır