Gecə gec yatanlar daha tez və vaxtından əvvəl ölür – ARAŞDIRMA
20 İYUL
472

Gecə gec yatanlar daha tez və vaxtından əvvəl ölür – ARAŞDIRMA

Psixologiya və tibbdə gecə gec saatlara qədər oyaq qalıb, 2-3 dən sonra güc-bəla yuxuya gedənlərə, səhərlər isə gec oyananlara Bayquş deyilər.
Bu adamların səhhətində də problemlər olur, yuxusuzluqdan əziyyət çəkirlər. 
Amma gecə gec yatmaq onların gələcəkdə qəfil, vaxtsız və daha tez ölməsinə də səbəb ola bilər.
Tibb.fins.az xəbər verir ki, Surrey Unuversitetinin alimləri elmi araşdırmalarının sonunda belə nəticəyə gəliblər ki, gec yatanlar tez yatanlara nisbətən daha çox vaxtsız vəfat edir.
Daha əvvəllər də sübut olunmuşdu ki, "bayquş” insanlarda metobolizm pozulması və ürək-damar problemləri daha çox olur. 
Bu dəfəki araşdırma üçünsə yarım milyon insanın məlumatları araşdırılıb və onlar 7 il müşahidə olunub.
Gec yatan insanlar səhhətləri naminə tez yatmaq və tüz oyanmaq rejiminə keçsələr bu onlar üçün təhlükəli olub, əksinə sağlamlığına ziyan vuracaq. 
Professor Malkolm Şatç bildirir ki,çox insanların bioloji ritmi bunu tələb edir və bu hal genetik də ola bilər. Ona görə "bayquşları” tez yatıb, tez oyanmağa məcbur etməkdənsə, belə adamları digərlərindən fərqləndirib, müəyyən müayinələrlə təbii bioritminin necə olduğunu təsdiqləyib, onların iş, təhsil rejimini dəyişmək lazımdır ki, onlar gec yatıb, tez oyanmaq məcburiyyətində qalmasınlar. 
Professorun fikrinə görə, bayquşlar elə dünyada yaşayır ki, bu dünyanın saatı onların daxili bioloji saatına uyğun gəlmir və onlar buna görə əzab çəkir. 
Ona görə bu rejimlə belə insanlar çox erkən diabet, nevroloji, psixoloji problemlər qazanır.
Elmi işin müəllifləri deyir ki, yaxşı olar ki, dünya və insanlar bu adamlara qarşı dəyişsin və onların gecə növbəsində, gec saatlarda təhsil və iş rejimini təmin etsin. 
©Medicina.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır