Hər dövrün öz psixoloji problemi olur
30 AVQUST
183

Hər dövrün öz psixoloji problemi olur

Statistika göstərir ki, son on ildə psixoloqa müraciət edənlərin sayı artıb. Əvvəllər daha çox uşaqlarla bağlı müraciətlər olurdusa, son vaxtlar 60-70 yaşlılar arasında da psixoloqlara üz tutanlar az deyil.

Tibb.fins.az xəbər verir ki, psixoloqların dediyinə görə, son illər ailə terapiyaları da aktivləşib. Problemin mahiyyəti isə müxtəlifdir. Uşaqlarda əqli gerilik və pis vərdişlərın sayı üstünlük təşkil edir. Valideynlər 3-6 yaşlı uşaqlarda həmin problemlərlə daha çox üzləşirlər. Belə ki, uşaqların psixikasının formalaşmasında ilk altı il xüsusi əhəmiyyət daşıyır. Həmin dövrdə autizm, Daun sindromu, əqli və inkişaf ləngimələri ilə əlaqədar, həmçinin dırnaq yemə, hiporeaktivlik, utancaqlıq, özünə qapanma və aqressiya kimi problemlərlə bağlı müraciətlər olur.

Yeniyetmələr isə daha çox yaddaşın gücləndirilməsi, diqqətin bir məsələyə cəm edilməsi ilə əlaqədar psixoloq köməyinə ehtiyac duyurlar.

Orta yaşlılar arasında isə əsasən əsəb, stress, ailədaxili problemlər, xəyanət, qaynana-gəlin qarşıdurması daha çox üstünlük təşkil edir.

Lakin bununla belə bəzən psixoloqa üz tutarkən ictimai rəydən ehtiyat edənlər də olur. Halbuki psixoloqlar danışıq və müəyyən psixoterapiya üsulları xəstənin özünün həmin problemləri həll etməsinə kömək edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır