Depressiya Əlamətləri
24 OKTYABR
429

Depressiya Əlamətləri

 - özünü kədərli, dəyərsiz, ümidsiz, çarəsiz hiss etmək və daxilində boşluq duyğusunun olması

– qərar vermə çətinliyi, yaddaş və diqqət pozğunluğu

– daha əvvəl zövq alınan iş və fəaliyyətlərdən, hətta cinsi əlaqədən belə zövq ala bilməmək

– işdə, məktəbdə, ailə və dostları ilə əsassız yerə münaqişə və problemlər

– digər insanlardan uzaqlaşma və tək qalma istəyinin olması və özünə qapanmaq

– enerji azlığı, yorğunluq hissi və tez əsəbiləşmə

– yuxu pozğunluğu: yuxunun dincəldici olmaması və ya yuxusu olduğu halda yuxuya getmədə çətinlik, gecə tez tez oyanma halları

– iştahsızlıq və yaxud əksinə çox yemək

– səbəbi müəyyən olmayan baş, boyun, kürək ağrısı kimi bədənin fərqli yerlərində davamlı ağrılar hiss etmək

– son zamanlarda  spirtli içkilərdən, siqaretdən və s. daha çox istifadə edilməsi və ya sakitləşdirici dərmanları istifadə etmə ehtiyacı hiss etmək

– gələcəyə ümidsizlik

– işdən əli üzülmək və heç bir iş görə bilməmə

– özünə zərər vermə, intihar planları qurmaq, intihar cəhdləri və ya öz cənazə mərasimini düşünmək

Depressiya bəzən səbəb olmadan birdən meydana çıxır. Bəzən isə stresli bir həyat hadisəsindən sonra başlayır. Bir dafə başlayıb çox uzun müddətdə çəkə bilər (hətda bir ömür boyu) ya da qısa müddətli və tez-tez təkrarlanan ola bilər.

Depressiya şiddətləndikdə xəstələr heç bir işlə məşğul ola bilmir və yaxud nə isə etməyə çalışsalar belə həvəs və motivasiya hissetmirlər, hərşey mənasızmış kimi gəlir.

Depressiyada olduğunuzu bilmək üçün bu ifadə olunan əlamətlərin hamısının eyni anda sizdə olması lazım deyil.

Bu şikayətlərin bir neçəsinin sizdə olması DEPRESIYAYA işarət edəbilər.

Unutmayın ki, depressiyaya hər kəs düşə bilər, hətta kənardan çox güclü görünən və belə xəstəliyə düşmək üçün heç bir ciddi səbəbi olmayan biri belə. Depressiya bir xəstəlikdir, iradə zəifliyi və ya gücsüzlük deyildir.

Uzman Psixiatr Azər Bağırov

 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır