Xəyanət 7 illik sevgiyə qalib gələ bilmədi
25 OKTYABR 2018
675

Xəyanət 7 illik sevgiyə qalib gələ bilmədi

Bu gün baş verən bir hadisə bunları paylaşmağıma səbəb oldu. Mənə müraciət edən bir xanımın 7 illik sevgi hekayəsindən elə təsirləndim ki, onu sizlərlə bölüşmək istədim. Baxmayaraq ki, bu mənim işimdir, amma bəzən biz psixoloqlar eşitdiyimiz bəzi hadisələrdə öz hissimizə hakim ola bilmirik: “ Bir xanım (şərti adını Aysel qoyaq) ona xəyanət etdiyini, başqa qadınlarla görüşdüyünü, hətta gizlicə başqa bir telefon işlətdiyini bilə-bilə yenə də 7 illidir ki, sevdiyi şəxsi bu gün də sevməkdə davam edir. Oğlanın arxasınca sürünür, yalvarır. Sanki oğlan ayrılarsa, həyatı bitər, məhv olar. Ən təsirlisi odur ki, bu oğlan Ayselin yaşadığını görməzdən gəlir. Çünki onun başını qatan, əyləndirən bir başqası var. Hansı ki, oğlan da bilir ki, onun tapdığı yeni sevgilisi ilə münasibətləri əbədi deyil, ötəridir. Amma Aysel həqiqətən onu çox sevir, oğlanın bütün qüsurlarını, mənfi cəhətlərini, hörmətsizliyini görə-görə, bütün şiddətlərə rəğmən sevgisi naminə dözür. İşlədiyim müddətdə, illər ərzində ilk dəfə belə bir hadisə ilə qarşılaşıram. Hər şeyə rəğmən, bir insanı bütün qüsurları ilə sevəsən, qarşındakının sənə hörməti olmadığı halda, sevəsən... Bilmirəm buna ülvi məhəbbət deyək, ya ilahi sevgi... Qadın öz işini, vəzifəsini, özünü unudub, oğlanın əsirinə çevrilib. Oğlan da bundan istifadə edir. Çünki düşünür ki, qadın onsuz ola bilməyəcək, onsuz yaşaya bilməyəcək. Buna görə də qadını əzir, incidir. Amma düşünmür ki, o qadın bir anadır. O qadının ayaqları altına Məhəmməd Peyğəmbər cənəti vəd edib. Düşünmür ki, qadının gözündən düşən hər bir yaşa görə o cavab verməli olacaq. Qadınlara sözüm odur ki, sevəndə özünüzü unutmayın!. Bir oğlana görə həyatınızı puç etməyin!. Kişilər üçün başqa limanlara sığınmaq, sevgi aramaq asandır. Qadınlar isə bunu görüb ruhdan düşməsin, özünə qapanmasın, depressiyaya düşməsin. Bəzən qadın birdən-birə dəyişir. Saçını kəsdirir, geyimini, imcini, gülüşünü dəyişir. Bunlar hamısı üzdən görünür. Əminliklə deyə bilərəm ki, qəlbi paramparçadır. Düşünürük ki, qadın xaricini dəyişdikcə rahatlaşır. Hətta biz də saçını, geyimini, imcini dəyişmək üçün məsləhət veririk. O isə sadəcə zahirən, görünüşcə dəyişir. Daxilən yenə də o paramparçadır, ümidiszdir, təkdir...... Qadın güclü görünməyə məcbur olduğu üçün güclüdür....... Cəmiyyət içərisində xoşbəxt görünməyə məcbur olduğu üçün gülümsəyir... Biz bilmirik ki, onun daxilində hansı fırtınalar, təlatümlər qopur. Gecələr sübhədək sevdiyi insana görə pəncərə qarşısında göz yaşı axıdır. Biz bilmirik ki, o qadın hər an ölmək arzusu ilə çırpınır. Çünki onu bu həyata küsdürəm, bu həyatı zindan edən bir kişi var.... O günbəgün ölümün ağuşuna gedir, gülümsəyərək, xoşbəxt görünərək.... Bəylərimizdən xahiş edirəm əgər bir qadın sizi gerçəkdən sevirsə, onu buraxmayın. Çünki bir qadın ac, bir paltarla, makiyajsız, parfümsüz yaşaya bilər, xoşbəxt ola bilər amma bir qadın ürəyində əsl sevgisini dəfn edib yaşaya bilməz. Sevirsinizsə, sizin sevən qadına sahib çıxın. Sevmirsinizsə onu sevginizə inandırıb, qazandıqdan sonra çalışın, yarıda buraxmayın. Sizi sevən qadın sizi qoruyan bir mələkdir. Dırnaqarası qadınlara, şeytanlara uyub qoruyucu mələklərinizi üzməyin. Duaları, sevgisi nəvazişi, hörməti ilə qoruyur sizi.... Biz qadınlar dünyaya güclü olmaq məcburiyyətində gəlməmişik. Güclü olmaq funksiyası qadınlara verilsəydi Tanrı onları zərif və zəif yaratmazdı, fiziki gücü də onlara verərdi. Necə ki, sevdiyinə sahiblənməyi, sevməyi verib, fiziki gücü də verərdi. Kişilər başqa şikar arxasınca qaçarkən evdəki, yanındakı xanımı günbəgün məhv olduğunu görmür. Ən azından gözlərini açıb baxsınlar. İtirirlər... Bəzən deyirlər gedirsə, qoy getsin. Dönsə sənindir, dönməsə heç olmayiıb. Mən bir psixoloq kimi bununla razı deyiləm. İnsan sevdiyindən bərk-bərk yapışmalıdır, sahiblənməlidir. Gedən artıq sənin deyil, gedibdir. Nə qədər ki, başqasının olmayıb sahib çıxın, ondan möhkəm yapışın. Qarşılıq gözləmədən, təmənnasız, sevdiyiniz əli sevdiyiniz insanı buraxmayın. Ona bərk-bərk sarılın. Getməsinə əsla izin verməyin.

https://www.facebook.com/xanim.np

https://www.instagram.com/xanim.np/?fbclid=IwAR0oaJwKwJaMgvPXlBU8jz7C8rkQ3Tp6Ev46ZW4WzpNgnw7o7F1UULD_R3Y

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır