Evlilikdə ünsiyyət problemləri - Uzm.Dr.Azer Bagirov
14 NOYABR
826

Evlilikdə ünsiyyət problemləri - Uzm.Dr.Azer Bagirov

Boşanma və evlilik, cütlük münasibətlərində problemlərin ən vacib səbəblərindən biri ünsiyyət qura bilməmədir.

Müzakirə üsulsuzluğu

qarşı tərəfin sözünü kəsmək

qarşı tərəfə cavab haqqı verməmək – ciddi ünsiyyət problemi yaradar.

Ümumilikdə bu vəziyyət sürəkli davam etdiyində, cütlüklərin sevgi və şəfqət münasibətlərinə dərin zərər yetirir.

Effektiv Ünsiyyət – Mesajı, qarşı tərəfə sadəcə göndərdiyiniz zaman deyil, əks tərəfin bunu qəbul etdiyi və anladığı zaman baş verir.

Mübahisəli məsələlərdən söhbət edərkən, tərəflərin bir birini ittiham etməsi ən sıx görülən haldır.

Günahlandırıcı tərz istifadə etmək və ya qarşı tərəfi sonuna qədər dinləmədən özünü müdafiəyə keçmək – ünsiyyət pozğunluğuna səbəb əsas amillərdir.

Saxtakarlıq- Hər hansı situasiyaya uyğun, cavab olaraq qarşı tərəfə xeyir dediyiniz zaman əslində bəli demək istədiyinizi hiss etmisinizmi? Tənqid olunmaqdan və ya rədd edilməkdən çəkindiyiniz üçün bilmirəm deyərək doğru fikrinizi gizlətdiyiniz olubmu???

Uyğunlaşmama – Cütlüklər sözləri istifadə etmədən mimikalar vasitəsilə bir-biri ilə ünsiyyət qururlar və buna görə də bir birlərinə qarışıq mesajlar göndərirlər. Və bu durum, onları mübahisə etməyə və bir-birlərinə qarşı səs tonlarını qaldırmağa səbəb olur. Gözləri bərəltmək, dodaqları büzmək və çiyinləri sarsıtmaq, qarşı tərəfə xoşagəlməz mesajlar verər.

Kobudluq – Kobud hərəkətlər , ifadələr, davranış tərzi üstünlük təşkil edər.

Dır-dır etmə

tərəflərin bir birinə incidici söz atmaları

aşırı məsləhət və ağıl vermə

dinləmə əskikliyi

dəstək olmama, anlayış göstərməmə

kimi problemlər yüksək faizlə ünsiyyət probleminə yol açar. 

Digər səbəbləri nədir ???

– Tərəflərin sosio-mədəni səviyyə fərqliliyi

– Cinsi problemlər

– Tərəflərdən birinin xəyanəti

– Ailədaxili şiddət

– Qısqanclıq

– Erkən evlilik

– Övlad sahibi ola bilməmə

– Yalan

– İqtisadi problemlər

Konsultasiya üçün gələn cütlüklərdə öncəliklə onlarla birlikdə yaşanan problemlərin təməlinə vararaq baş verənlərin əsas mənbəyi və səbəblərini araşdırırıq. Daha sonra psixoloji cəhətdən tərəflərin şəxsiyyət və xarakterlərinə özəl problemlərin həll yollarını aşkar edərək psixoloji terapiyalarımız əsnasında bu durumların aradan qaldırılmasını həyata keçiririk.

Müəllif: Uzm.Dr.Azer Bagirov 

Web: www.azerbagirov.az

Facebook: https://www.facebook.com/drazerbagirov

Əlaqə nömrəsi: (077) 563 55 40 ,(050) 309 40 47

E-mail: [email protected]

Ünvan: Atatürk pr.3087, EGO Psixonevroloji Sağlamlıq Mərkəzi  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır