Yuxu pozuntuları - Dr.Azer Bagirov
29 NOYABR
721

Yuxu pozuntuları - Dr.Azer Bagirov

YUXU – insan həyatının 1 / 3 indən çoxunu özündə cəmləşdirən fizioloji bir ehtiyacdır. Yuxu pozuntuları  xronikləşdikdə bir çox ruhi xəstəliklərə səbəb olur. Lakin, yuxu sadəcə zehni yaşamın önəmli bir hissəsi deyil, eyni zamanda hormonal tənzimləmədə də xüsusi rolu olan bir dönəmdir. Bu nədənlərlə yuxu pozğunluğunun səbəbi aydınlaşdırılmalı, dərhal müalicə edilməli və mütləq formada səbəbə uyğun müalicə yöntəmləri həyata keçirilməlidir.

Yuxu Pozuntusu Növləri:

-İNSOMNİA-YUXUSUZLUQ: Yuxuya getmə çətinliyidir. İnsomnia – günlük yaşantımızda sıxlıqla qarşımıza çıxmaqdadır. Bu növ yuxusuzluq, gizlində olan ciddi bir psixiatrik xəstəliyin xəbərçisi ola bilər. Bu səbəblə, diqqətli şəkildə kontrol edilməsi lazımdır.

-HİPERSOMNİA-HƏDDİNDƏN ARTIQ YATMAQ: Bu xəstəlik, “AŞIRI YUXU” və “GÜNDÜZLƏR MÜRGÜLƏMƏ” olaraq 2 qrupa ayrılır. Hipersomniya-ümumilikdə digər psixiatrik xəstəliklərlə birlikdə müşahidə olunur.Nadir hallarda, bu duruma hər hansı psixoloji problem yaşanmadıqda rast gəlinir.Hipersomnia hər zaman patoloji hal olmaya bilər. Şəxsiyyət xüsusiyyətlərinin və ya ailəvi uyğunluğun hipersomniaya yol açdığı qəbul edilməkdədir. Əlavə olaraq, irəlilədikcə ağciyər, qaraciyər xəstəliklərində, beyin kütlələrində və ürək çatışmazlıqlarında da hipersomnia əlamətləri ola bilməsindən dolayı, hipersomnia xəstələri mütləq həkimə müraciət etməlidirlər.

YUXU pozğunluğu deyildikdə ən çox qarşılaşılan vəziyyətlər:

– çox yatma isteyi,

– yata bilməmək,

– yuxuya getməmək,

– yuxu kəsilməsi ya da səhər erkən saatda oyanıb yenidən yuxuya getməmək nəzərdə tutulur.

Lakin çox yatmaq ya da yastığı görər-görməz yuxuya getmək də yuxu pozğunluğudur.”Bütün günü yuxulu gəzirəm. Sanki dünyanın bütün işlərini mən görmüşəm. Əlimi qaldırıb bir iş görməyə halım, həvəsim olmur. Elə yatmaq istəyirəm” deyənlər də xəstələrimiz arasinda kifayət qədərdir. Yuxusuzluğun ən çox bilinən növü psixofiziolojik olanıdır. Bütün yuxu xəstəliklərinin əlaməti olaraq ortaya çıxa bilir.

Psixofiziolojik yuxusuzluq tipik olaraq STRES kimi faktorlar baş verərkən əmələ gəlir. Psixofiziolojik yuxusuzluqda bütün diqqət yata bilməmək üzərində toplanır.

İdiopatik yuxusuzluq vəziyyəti isə xroniki və ciddi  yata bilməmək və yuxunu davam etdirə bilməməkdir. Yataqda olarkən yuxuya getmək vaxtı çox uzun ola bilir və yuxu qısa oyanmalarla parçalanır. Buna səbəb olan  psixoloji  pozulma yüngül ilə şiddətli dərəcələrdə olduğu kimi yata bilməmək də yüngül və ya ağır və hətta dayanılmaz ola bilir. Daha kəskin hallarda xəstələr iş görə bilməyəcək vəziyyətə düşürlər.

Bununla birlikdə, yuxuda gəzmək, yuxuda qorxu kimi yuxu pozuqluqları da geniş yayılmışdır.

Yuxusuzluq tez-tez rast gəlinən və müalicə edilə bilən xəstəlikdir. Müalicə edilmədikdə, mühüm xəstəliklərə və hətta ölümə yol açır, depressiyanın  inkişaf etməsində risk faktoru ola bilər.

Müəllif: Uzm.Dr.Azer Bagirov 

Web: www.azerbagirov.az

Facebook: https://www.facebook.com/drazerbagirov

Əlaqə nömrəsi: (077) 563 55 40 ,(050) 309 40 47

E-mail: [email protected]

Ünvan: Atatürk pr.3087, EGO Psixonevroloji Sağlamlıq Mərkəzi  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır