Şizofreniya və növləri - Dr.Azer Bagirov
30 NOYABR
503

Şizofreniya və növləri - Dr.Azer Bagirov

Şizofreniya - Cəmiyyətdə həqiqətə uyğun olmayan fikirlərə deyilir. Psixiatriyada isə – müəyyən bir inancın patoloji olduğunu vurğulayan bir termindir.

Digər insanların inandıqlarına fikir vermədən, mövcud düşüncənin xətalı olduğuna dair əsaslı dəlil olmasına baxmayaraq, dəyişdirilə bilməyən səhv inanca paranoya deyilir. Paranoyada ətrafdan gələn informasiyadan doğru olmayan mənalar çıxardılır. Paranoyanın olması xəstənin o anda psixoz vəziyyətində olduğunu, başqa cür desək həqiqəti test etmə qabiliyətənin pozulduğunu göstərir.

Paranoya ferqli mövzularda olabilər

1.Düşmənlik görmək ( persekütuvar ) ( ən çox müşahidə olunan )

– ” Kiminsə tərəfindən izləndiyini, ona tələ qurulduğunu, ona qarşı suiqəsq düzənləndiyini, kiminsə ona gizli qulaq asdığı, zəhərlədiyini, şiddətə məruz qaldığını” deyir. Kiçik məsələləri şişirdərək omayan məna çıxardır.

– Bəzən öz haqqlarını tələb etmək üçün məhkəməyə də müraciət edirlər.

– Çox hirsli olurlar, bəzən aqresiv davranışları olur

2.Böyüklük ( grandioz )

– Özündən daim razılıq edir, istedadlı olduğunu düşünür. Müxtəlif istedad verilişlərinə müraciət edir.

– ” Mehdi, evliya, peyğəmbər olduğunu ” söyləyir. İnsanları din yoluna çəkməyə çalışabilərlər.

3.Patoloji qısqanclıq ( jalyuzik )

– Xəyanət olduğunu, ona qarşı sadəqətsizlik olduğu düşüncələri olur, boşanma vəya şüphələndiyi adamı öldürmə istəyi yaranabilər.

– Paltarlarını yoxlamaq, mobil telefona baxmaq və ya hesabları kontrol etmək kimi güdmək davranışlarını göstərir

4.Sevilmə ( erotomanik )

– Özündən səviyyəcə üstün biri tərəfindən sevildiyini düşünmək

– Həmin insanı izləmək, davamlı olaraq telefonuna zəng etmək

– Həmin insanın davranışlarından sevildiyinə dair mənalar çıxardar.

5.Bədənsəl ( Somatik )

– SPİD, xərçəng olduğuna inanır və aparılan müayinə və analizlərin nəticələrinə isə heç bir şəkildə inanmır

6.Təsirlənmə paranoyaları – qeyri adi gücünün , məharətinin olduğunu düşünür və hərəkətləri buna uyğun olur. Düşünürki, onun fikirləri başqaları tərəfindən oxunur vəya başqalarının fikirlərini oxuyabilir.

7.Depersonalizasiya paranoyaları – Bədəninin dəyişdiyini düşünür. Bu paranoyalarına məntiqli cavablar, sübutlar gətirməklə də fikri dəyişmir . Xəstə özünün cəmiyyət tərəfindən qəribə qarşılandığı inancını qoruyur.

Paranoyanın əlamətlərini yaxınlarınızda hiss etsəniz, gec olmadan mütəxəsssis psixiatrla görüşdürməniz lazımdır, çünki müalicə gecikdikcə bu xəstələr özlərinə və ətrafdakı insanlara zərər verə bilər.

Müəllif: Uzm.Dr.Azer Bagirov 

Web: www.azerbagirov.az

Facebook: https://www.facebook.com/drazerbagirov

Əlaqə nömrəsi: (077) 563 55 40 ,(050) 309 40 47

E-mail: [email protected]

Ünvan: Atatürk pr.3087, EGO Psixonevroloji Sağlamlıq Mərkəzi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır