Sevgi yoxsa Ehtiras - Dr.Azer Bagirov
03 DEKABR
333

Sevgi yoxsa Ehtiras - Dr.Azer Bagirov

Sevgi hissi: Bizi fiziolojik olaraq təsiri altına salan bu hissi bilirsiz. Aşiq olduğunuzda iştahdan kəsilirsiniz, yata bilmirsiniz, hətta heç bir şey edə bilmirsiniz, çünki dayanmadan o insanı düşünürsünüz. 
O ağlınıza gəldikdə həyəcan bürüyür, ürək döyüntünüz artır və sadəcə onu görmək istəyirsiniz. Sanki bir obsessiya yada takıntı halı olur. 
Ancaq bəzən aşiqlərin ağlı qarışır, çünki özlərinə bu sualı verirlər “görəsən bu sevgidir, yoxsa ehtiras ?”. 
Desəm ki, ehtiras və sevgi həm beyindəki hormonal dəyişikliklər olaraq həm də psixolojik olaraq birbirindən tamamilə fərqli hisslərdir, təəccüblənərsiz?
Öncəliklə həm sevgi həm də ehtiras fizioloji, biokimyəvi və psixoloji təməlləri olan dərin hisslərdir - bu hissləri ən yoğun yaşadığımız dönəmlərdə bizi həbs edəcək qədər dərin hisslər.

Ehtiras hissi: Çəkim hissetdiyiniz insanı ideallaşdırıb, gözünüzdə böyüdərsiniz. Bu insanın xətaları və qüsurları, qıcıqlandırıcı xüsusiyyətləri gözünüzə görünməz. Ancaq münasibətdə müəyyən bir vaxt keçdikdən sonra gözünüzdə ideallaşdırdığınız o insanın, eyni davranışları sizi qıcıqlandırmağa, bezdirməyə başlayar. Sırf bu nöqtədə o insanı artıq olduğu kimi görməyə başlamış olursunuz, xətaları, qüsurları və s. ilə. Qüsursuz insan həqiqətən də yoxdur.
Münasibətin bu nöqtəsində ehtiras da azalmağa üz tutmuşdur.
Araşdırmalar göstərir ki bütün romantik münasibətlərdə(istisnasız) ehtiras hissi zamanla azalır. Hər şeyin bir ömrünün olduğunu bilmək insanı çox üzür. Ancaq münasibətdə qalmağa davam etdiyinizdə ehtiras bəzən sevgiyə çevrilə bilir. Biz aşiq olduğumuzda oksitosin hormonu səviyyələri artaraq emosional bağlanma, rahatlaşma (huzur), güvən və yaxınlıq hisslərini gücləndirir. Bir birini sevən insanlara xas bəzi xüsusiyyətlər var. Aşiq olduğunuz insanı gizli saxlamaq istəməzsiniz, onu önəm verdiyiniz insanlara göstərmək, tanıtmaq istəyərsiniz və sizin duyduğunuz heyranlığı onların (dostlar, ailə) da duymasını gözləyərsiniz. Aşiqlər “mən” dilindən çox “biz” dilini istifadə edərlər. Araşdırmalar göstərir ki, 2 insan bir-birinə aşiq olduğunda özlərini ayrıca bir fərd kimi görməkdən çox bir cütlük kimi görməyə meyilli olurlar, bu hal da onların danışıq dillərinə yansıyır.
Aşiq olduğunuz insana özünüz haqqında danışmağa meyilli olursunuz. Arzularınız, planlarınız, xəyallarınız haqqında danışmaq istəyirsiniz. Bəzən isə heç kimlə paylaşmadığınız gizli sirlərinizi belə onlara deyirsiniz, çünki güvən hissi yüksəkdir.
Böyük qərarlar aldığınızda aşiq olduğunuz insanla məsləhətləşmək onun fikrini almaq istəyərsiniz. 
Aşiq olduğumuzda beynimizdə hansı kimyəvi dəyişikliklər baş verir?
Elmin bugün gəldiyi nöqtədə bildiklərimiz odur ki, aşiq olduğumuzda beyində müəyyən neurotransmitterlər (beyin hormonları) ifraz olunur.
Kortizol səviyyəsi artır, bu da həyəcanlı hissetməyinizə səbəb olur.
Oksitosin səviyyələri artır, bu da şəfqət hissi yaradır.
Qadınlarda testesteron səviyyəsi artaraq, onların daha aqressiv olmasına səbəb olur.
Kişilərdə isə testeron səviyyələri düşərək daha passiv olmalarına səbəb olu.
Hər iki cinsdə də beyində serotonin səviyyəsi aşağı düşür, bunun nəticəsində aşiqlər bir-birinə takıntılı saplantılı hala gəlirlər.

Müəllif: Uzm.Dr.Azer Bagirov 

Web: www.azerbagirov.az

Facebook: https://www.facebook.com/drazerbagirov

Əlaqə nömrəsi: (077) 563 55 40 ,(050) 309 40 47

E-mail: [email protected]

Ünvan: Atatürk pr.3087, EGO Psixonevroloji Sağlamlıq Mərkəzi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır