Cinsi obsessiya nə deməkdir? - Psixiatr Azər Bağırov
05 DEKABR
263

Cinsi obsessiya nə deməkdir? - Psixiatr Azər Bağırov

Cinsi obsessiyalar - insanların ağlına heç istəmədikləri vaxtda, istəmədikləri insanlara dair erotik, seksual düşüncələrin və görütülərin gəlməsidir. Cinsi obsessiyalar utanc və üzüntü verən, dözülməsi çox çətin olan obsessiyadır. Hər obsessiyada olduğu kimi, cinsi takıntılar da tez-tez təkrarlanır və onları fikrindən atmaq demək olar ki mümkün olmur. İnsan bu düşüncələrin cinsəl manyaklıq olmadığını, tibbi bir vəziyyət, xəstəlik olduğunu bilməlidir. Yəni öz-özünə bu fikirlərdən qurtulmaq demək olarki, mümkün deyil.

Cinsi obsessiyaların seksual asılılıqla heç bir əlaqəsi yoxdur. Tam əksinə cinsi takıntısı olan insanlar əxlaqi dəyərlərə çox önəm verən, bu mövzularda çox ciddi olan insanlardır. Qorxduqları hərəkətləri əsla icra etməzlər. Obsessiya düşüncənin bir xəstəliyidir. Əslində onlar ətrafdakılara deyil özlərinə çox böyük haqsızlıq edirlər. Özlərini seksual manyak olaraq düşünürlər. Bu da onları normal həyat yaşamaqdan məhrum edir. Halbuki bu xəstəliyin müalicəsi vardır. Yaşadığı durumun xəstəlik olduğunu qəbullanaraq müalicə almaları, həyatlarını rahat yaşaya bilmələri üçün mütləqdir. 

Müəllif: Uzm.Dr.Azer Bagirov 

Web: www.azerbagirov.az

Facebook: https://www.facebook.com/drazerbagirov

Əlaqə nömrəsi: (077) 563 55 40 ,(050) 309 40 47

E-mail: [email protected]

Ünvan: Atatürk pr.3087, EGO Psixonevroloji Sağlamlıq Mərkəzi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır