Panik Atak özünü necə göstərir ? - Psixiatr Azər Bağırov
07 DEKABR
295

Panik Atak özünü necə göstərir ? - Psixiatr Azər Bağırov

Panik Atak anidən başlayan güclü nigarançılıq hissi və qorxu tutmasıdır. Bu nigarançılıq və qorxu hissi 10 dəqiqə içində artaraq ən üst nöqtəyə vurur, sonra tədricən azalmağa başlayır, sonunda yoxa çıxır. Panik atak sırasında çox şiddətli hisslər yaşaya bilərik. Arada sırada birçoxlarımızın yaşadığı və çox sıxıntı verən panik atak, həyatımızın keyfiyyətini ciddi şəkildə zədələyir. Panik atak olan insan, evə qapanacaq bir hala gəlir, marketə, bazara getməyə, avtobusa tək başına minməyə qorxar, atak anında ona heç kimin kömək edəbilməyəcəyini düşünərək, tək qalmaqdan belə çəkinər və bu səbəbdən hər an yanında birinin olmasını tələb edir.

Panik Atak özünü necə göstərir ?

Ürək döyüntüsü
Boğulma hissi
Keyimə, tikanbatmalar
Titrəmə, tərləmə, tər tökmə hissi
Ciddi xəstəlik keçirmə, yada ölüm qorxusu

Panik atak anında insan iflic, beyin qanaması və ya infakt keçirdiyini fikirləşə bilər. O anda ürəyinin gedəcəyini, kontrolunu itirəcəyini, özündən çıxacağını düşünüb çox qorxur. İnfakt keçirdiklərini düşünən panik atak xəstələri çox vaxt tutma anında təcili tibbi yardıma müraciət edir və ya xəstəxanaya gəlirlər. Çünkü böyük panik təsiri altında həqiqətən də infakt keçirdiklərini düşünürlər və heçdə asanlıqla təskinlik tapmırlar. Müayinələr aparıldıqdan sonra panik atak keçirən xəstənin ürəyində bir problem olmadığı aşkarlanır. Xəstəxanalara ürək problemləri ilə yaxınlaşan xəstələrin 15-20 % panik atak keçirənlərdir. Hətta bəzən panik atak xəstələrinə ürəklərində heç bir problem olmadığı halda belə, bu yöndə hər hansı müalicələr təyin olunur. Bu da xəstənin sağlamlığı üçün təhlükəlidir. Bu səbəbdən yuxarıda göstərilən əlamətləri yaşayan insanları mütləq mütəxəssis psixiatrla görüşdürmək lazımıdır.

Müəllif: Uzm.Dr.Azer Bagirov 

Web: www.azerbagirov.az

Facebook: https://www.facebook.com/drazerbagirov

Əlaqə nömrəsi: (077) 563 55 40 ,(050) 309 40 47

E-mail: [email protected]

Ünvan: Atatürk pr.3087, EGO Psixonevroloji Sağlamlıq Mərkəzi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır